Ağdərədə ağır qəza: Avtobus aşdı, çox sayda yaralı var

28 İyun 2026 11:52

Ağdərə rayonunda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Milli.Az-ın APA-ya istinadən verilən məlumata görə, avtobusun aşması nəticəsində çoxsaylı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Ağdam və ətraf rayonlardan göndərilən briqadaların köməyi ilə xəstəxanalara çatdırılır.

Qəzanın başvermə səbəbi, xəsarət alanların dəqiq sayı və digər təfərrüatlar aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)