Soğanlı badımcan salatı resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Közlənmiş badımcanın tüstülü ətri, qırmızı bibərin yüngül şirinliyi və təzə soğanın özünəməxsus toxumasını birləşdirən bu salat süfrələr üçün həm təravətli, həm də iştahaaçan bir məzə alternatividir. Zeytun yağı, limon suyu və təzə göyərtilərlə zənginləşən bu salat dincəldikcə ləzzəti daha da artır.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
5 ədəd orta boy badımcan
4 ədəd qırmızı kapya bibəri
1 ədəd orta boy quru soğan
3 diş sarımsaq
3 xörək qaşığı zeytun yağı
Yarım limonun suyu
2 xörək qaşığı nar turşusu (narşərab - zövqə görə)
Yarım dəstə incə doğranmış cəfəri
1 çay qaşığı duz, yarım çay qaşığı qara istiot
Hazırlanması:
Badımcanları və kapya bibərlərini soba, manqal və ya ocaq üzərində tam yumşalana qədər közləyin.
Közlənmiş tərəvəzləri bir qaba qoyub üzərini örtərək bir neçə dəqiqə gözləyin (bu, qabıqlarının daha rahat soyulmasını təmin edir). Daha sonra qabıqlarını soyun.
Badımcan və bibərləri bıçaqla çox da kiçik olmayacaq şəkildə doğrayıb geniş bir qaba alın.
Quru soğanı aypara şəklində doğrayın (soğanın acılığını azaltmaq üçün doğradıqdan sonra bir neçə dəqiqə soyuq suda saxlayıb süzə bilərsiniz). Əzilmiş sarımsaq, xırda doğranmış cəfəri, zeytun yağı, limon suyu, nar turşusu, duz və istiotu əlavə edin.
Bütün ərzaqları tərəvəzləri əzmədən nazikcə qarışdırın.
Salatı bir qaba alıb üzərini örtün və soyuducuda təxminən 30-45 dəqiqə dincəldin.
Servis etməzdən əvvəl yüngülcə qarışdırın, üzərinə bir az zeytun yağı gəzdirib cəfəri ilə bəzəyərək süfrəyə verin.
Tərəvəzləri yüksək odda yaxşıca közləmək salata o xarakterik tüstülü dadı verən əsas məqamdır.
Badımcanları doğradıqdan sonra artıq suyunu süzmək salatın daha qatı və ləzzətli olmasına kömək edir.
Salatı servis etməzdən əvvəl mütləq soyuducuda dincəldin, bu zaman bütün ətirlər bir-birinə qarışacaq.
Zeytun yağı və limon suyunu servis etməyə çox az qalmış əlavə etsəniz, salatınız daha parlaq və təzə görünəcək.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Turşu xiyarın xarab olmaması üçün nə etməli?
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
XƏBƏR LENTİ
-
“Oktay Kaynarca ilə görüşməli idim...” - Pərvin Abıyeva
-
Nə tualet fırçası, nə də zibil qutusu - ən təhlükəli əşya mətbəxdə imiş
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı





