Dünya

Aİ Venesuelaya zəlzələdən sonra 5 milyon avro yardım ayırdı

28 İyun 2026 12:45
Baxış: 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avropa İttifaqı (Aİ) Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra təcili humanitar yardım məqsədilə 5 milyon avro vəsait ayırıb.

Milli.Az xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas "X" platformasında bildirib ki, bu qərar Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ilə aparılan danışıqlardan sonra qəbul edilib.

Qeyd olunub ki, ayrılan vəsait zərərçəkmiş icmaların təcili ehtiyaclarının qarşılanmasına yönəldilib. Bundan əlavə, Avropa Mülki Müdafiə Mexanizmi aktivləşdirilib və bir sıra üzv ölkələr tərəfindən axtarış-xilasetmə qrupları, yanğınsöndürənlər və tibbi heyət bölgəyə göndərilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.