İdman

Dünənki döyüşdə Rafael Fiziyev 100 min dollar qazanıb

28 İyun 2026 10:49
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda keçirilən "UFC Fight Night Baku" turnirinin bonus qalibləri açıqlanıb.

Bildirilib ki, "Gecənin performansı" nominasiyasında Rafael Fiziyev, Asu Almabayev, Abdul Rahman Yahyayev və Daniil Donçenko fərqləniblər.

Hər dörd döyüşçüyə uğurlu çıxışlarına görə 100 min ABŞ dolları məbləğində mükafat təqdim olunub.

Bundan başqa, görüşünü vaxtından əvvəl qələbə ilə başa vuran, lakin "Gecənin performansı" bonusuna layiq görülməyən hər bir idmançıya əlavə olaraq 25 min ABŞ dolları məbləğində bonus verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.