Bu gün Həsən bəy Zərdabinin doğum günüdür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin doğum günüdür.
Anadan olmasının 189-cu ildönümü tamam olan Həsən bəy Zərdabi müsəlman Şərqində ilk milli mətbuatın, xeyriyyəçilik hərəkatının və milli teatrın əsasını qoyan, eyni zamanda ilk təbiətşünas alimlərdən biri kimi böyük ehtiramla yad edilir.
1837-ci il iyunun 28-də Zərdab kəndində dünyaya gələn Zərdabi ilk təhsilini mollaxanada alıb, daha sonra Tiflisdə orta təhsilini başa vurub. Moskva Universitetini bitirdikdən sonra 1869-cu ildən Bakıda rusdilli orta məktəbdə təbiətşünaslıq fənnini tədris edib.
1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birlikdə Mirzə Fətəli Axundzadənın "Hacı Qara" və "Lənkəran xanının vəziri" əsərlərini səhnələşdirərək Azərbaycan milli teatrının formalaşmasına mühüm töhfə verib.
Həsən bəy Zərdabinin ən böyük xidmətlərindən biri isə 1875-ci il iyulun 22-də Azərbaycan dilində ilk milli qəzet olan Əkinçi qəzetini təsis etməsi olub. Qəzet cəmi iki ildən bir qədər artıq fəaliyyət göstərsə də, Azərbaycan mətbuatının təməlini qoyaraq milli jurnalistikanın inkişafında silinməz iz buraxıb.
O, həmçinin 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib, sonrakı illərdə isə "Ziya", "Kəşkül", "Kaspi" və "Novoye obozreniye" qəzetlərində Azərbaycan və rus dillərində çoxsaylı elmi-publisistik məqalələrlə çıxış edib.
Həsən bəy Zərdabi 1907-ci il noyabrın 28-də vəfat edib. Əvvəlcə Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunan maarifçinin məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.
Bu gün də Həsən bəy Zərdabinin irsi Azərbaycan mətbuatının, maarifçiliyinin və milli düşüncə tarixinin ən mühüm sütunlarından biri kimi yaşayır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
-
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür
-
Bakıdakı UFC turniri start götürüb
-
DYP nəzarət-profilaktiki tədbirlər həyata keçirir - (Video/Foto)
-
Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
-
Ölkənin bir sıra rayonlarında leysan davam edir - Faktiki hava açıqlandı
XƏBƏR LENTİ
-
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib
-
PUA-lar Rusiyadakı neft emalı zavodunu hədəf aldı
-
Dünənki döyüşdə Rafael Fiziyev 100 min dollar qazanıb
-
Putin nə vaxt nüvə silahından istifadə edə bilər?
-
Bakıda qaydaları kobud pozan motosiklet sürücüsü saxlanıldı
-
Qrup mərhələsinin ən məhsuldar oyunçusu Messi oldu
-
Bu gün Həsən bəy Zərdabinin doğum günüdür
-
Yaponiyada 6,0 maqnitudalı zəlzələ baş verdi
-
İrandan ABŞ-a sərt ittiham: Öhdəliklərə əməl etmir
-
Dünya çempionatında 1/16 final cütləri bəlli oldu
-
Arif Heydərov - Ömrün 7 anı...
-
Qatı süzmə hazırlamağın 5 yolu
-
Soğanlı badımcan salatı resepti
-
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
-
Fiziyevin nokautla qələbəyə görə qazandığı məbləğ bəlli oldu
-
Təzə lobya sirkəli suda saxlanılmalıdır?
-
Günün qoroskopu: İnsanlarla ünsiyyətiniz bu gün çox uğurlu olacaq
-
Sirxan Məmmədov infarkt keçirdi - (Foto)
-
Türkiyə futbolunda Məsud Özil dövrü başlaya bilər
-
"UFC Fight Night Baku": Maqomedov Pereyranı məğlub edib
-
Serbiya Prezidenti kimi son günlərimdir - Aleksandar Vuçiç
-
UFC: Rafael Fiziyev rəqibini nakautla məğlub edib
-
Bella Hadidin xəstəliyi kəskinləşdi: Evdən çıxa bilmir
-
Parisdə ekstremal istilər: 109 nəfər dünyasını dəyişdi





