Parisdə ekstremal istilər: 109 nəfər dünyasını dəyişdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransanın paytaxtı Parisdə hökm sürən ekstremal istilər səbəbindən dünən 109 nəfərin həyatını itirdiyi açıqlanıb. Ölüm sayı yalnız ev və ictimai yerlərdə qeydə alınan halları əhatə edir; xəstəxana və qocalar evlərindəki vəfatlar bu statistikaya daxil edilməyib.
Milli.Az xəbər verir ki, istilərin təsiri ilə bağlı təcili tibbi yardım xidmətlərinin məlumatlarına görə, Parisdə dünən 30 nəfər infarkt keçirib. Hipertermiya (həddindən artıq bədən istiliyi) diaqnozu ilə xəstəxanaya yerləşdirilən bir xəstənin bədən temperaturu 43,7 dərəcə olaraq qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, ilin bu dövründə Parisdə adi bir gündə orta hesabla 7 nəfər vəfat edir.
Fransanın İdman naziri Marina Ferrari bildirib ki, istilərin başladığı gündən bəri ölkə üzrə 55 nəfər suda boğularaq həyatını itirib. Nazir vətəndaşları üzərkən son dərəcə diqqətli olmağa çağırıb.
37 bölgədə "qırmızı həyəcan" siqnalı verilən Fransada rekord istilər ventilyator və kondisionerlərə olan tələbatı kəskin şəkildə artırıb. Mağazalardakı ehtiyatlar tükənib, soyuducu cihaz tapmaq imkansız hala gəlib. Bəzi mağazaların açılışı zamanı insanlar arasında soyuducu əldə etmək üçün basabas yaşanıb, cihazlar saniyələr içində satılıb.
Paris və ətraf bölgələrdə xəstəxanalarda "fövqəladə vəziyyət planı" (ağ plan) işə salınıb. Bu plan çərçivəsində məzuniyyətdə olan personal vəzifəyə çağırılır, yataq tutumu artırılır və təcili olmayan əməliyyatlar təxirə salınır. Xəstəxanalarda böhran bölmələri aktivləşdirilib. Bəzi şəhər sakinləri sıcaqdan qorunmaq üçün pəncərələrini alüminium folqa ilə örtməyə başlayıblar.
İsti hava dalğası Almaniyada da həyatı dayandırıb. Almaniya Meteoroloji Xidməti (DWD), xüsusilə ölkənin qərb və cənub-qərb bölgələrində havanın temperaturunun 40 dərəcəni keçdiyini, bəzi yerlərdə isə 42 dərəcəyə çatdığını bildirib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yaponiyada güclü zəlzələ oldu
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jesuş Ronaldunun Portuqaliya millisindən getməsinə görə təəssüflənmir
-
Santyaqo Penya ev dustağı edildi
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
XƏBƏR LENTİ
-
Meqan Marklın atası həbs edildi - (Foto)
-
Sabunçu su altında qaldı - (Video)
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi





