İdman

Kabo-Verde tarix yazdı, Səudiyyə Ərəbistanı mundialla vidalaşdı

27 İyun 2026 09:05
Baxış: 445
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Futbol üzrə dünya çempionatının H qrupunda III turun oyunları çərçivəsində Kabo-Verde millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşıb.

Milli.Az xəbər verir ki, Hyustonda keçirilən görüşdə qalib müəyyənləşməyib - 0:0.

Bu nəticə ilə Kabo-Verde yığması qrup mərhələsini 3 xalla ikinci pillədə başa vuraraq tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb.

Komanda 1/8 finalda son dünya çempionu Argentina ilə üz-üzə gələcək.

Səudiyyə Ərəbistanı isə H qrupunda 2 xal toplayaraq sonuncu yeri tutub və dünya çempionatı ilə erkən vidalaşıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.