Sobada asan tərəvəzli kartof börəyi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yuxa açmadan asanlıqla hazırlanan, çölü xırçıltılı, içi isə yumşaq qalan bu börək kartof, rəngli tərəvəzlər, təzə göyərtilər və müxtəlif pendirlərlə süfrələrinizə doyumlu bir ləzzət qatır. Bütün ərzaqların tək qabda qarışdırılması ilə zəhmətsiz hazırlanan bu resept səhər yeməyindən çay süfrəsinə qədər günün istənilən saatında servis edilə bilər.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
5 ədəd orta boy kartof
3 ədəd yumurta
1,5 stəkan qatıq
1 stəkan un
Yarım stəkan bitki yağı
1 paket qabartma tozu
1 ədəd böyük baş soğan
1 ədəd yerkökü
1 ədəd qırmızı kapya bibər
1 ədəd yaşıl bibər
Yarım dəstə cəfəri, 1/4 dəstə şüyüd
1 stəkan rəndələnmiş kaşar pendiri, yarım stəkan ovulmuş ağ pendir
1 çay qaşığı duz, 1 çay qaşığı quru nanə, 1 çay qaşığı pul bibər, 1 çay qaşığı toz qırmızı bibər, yarım çay qaşığı qara istiot
Üzəri üçün: 1 xörək qaşığı küncüt, 1 xörək qaşığı çörəkotu.
Hazırlanması:
Kartofların qabığını soyub kiçik kubiklər şəklində doğrayın. Soğanı, qırmızı və yaşıl bibərləri incə şəkildə doğrayın. Yerkökünü sürtgəcdən keçirin, cəfəri və şüyüdü xırda-xırda doğrayın.
Yumurtaları geniş bir qaba qırıb çalın. Qatıq və bitki yağını əlavə edib qarışdırın. Un və qabartma tozunu əlavə edərək hamar bir qarışıq əldə edin.
Doğradığınız kartof, tərəvəz və göyərtiləri hazırladığınız xəmirin içinə tökün. Ağ pendir, kaşar pendiri, duz və ədviyyatları əlavə edib bütün ərzaqları yaxşıca qarışdırın.
Qarışığı yağlanmış orta boy bir soba qabına (təpiyə) töküb üzərini spatula ilə düzləyin. Üzərinə küncüt və çörəkotu səpin.
Əvvəlcədən isidilmiş 175 dərəcəlik sobada, kartoflar yumşalana və üzəri qızarana qədər təxminən 50-55 dəqiqə bişirin.
Sobadan çıxardıqdan sonra 10 dəqiqə dincəlməyə qoyun ki, rahat dilimlənsin.
Kartofları kiçik və bərabər ölçülərdə doğrayın ki, hər tərəfi eyni vaxtda bişsin.
Əgər tərkibində balqabaq və ya ispanaqdan istifadə edirsinizsə, tərəvəzlərin artıq suyunu sıxıb çıxarın.
Xəmirin çox sulu olmamasına diqqət edin; ehtiyac olarsa, bir az un əlavə edə bilərsiniz.
Dilimlərin dağılmaması üçün böreyi sobadan çıxardıqdan sonra mütləq bir az gözlədin.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Turşu xiyarın xarab olmaması üçün nə etməli?
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
XƏBƏR LENTİ
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Günün qoroskopu: Qarşı tərəf təkliflərinizə müsbət yanaşacaq
-
Brüs Uillisin dili tutuldu
-
İtaliyada 6300 məktəbə bomba xəbərdarlığı göndərildi
-
Nərmin Abdinova Avropa çempionu oldu
-
Bu yol birbaşa Bakı-Quba və Bakı-Şamaxı magistralına çıxacaq - (Video)
-
Orbanın qardaşı həbs edildi
-
Bakıda iri mağazaların yerləşdiyi küçə yağışa görə iflic oldu - (Video)
-
19 ildən sonra ikinci divizion oyunçusu milli komandaya çağırıldı
-
Tayland turist vergisi tətbiq edəcək
-
Rusiyanın ABŞ-dəki səfiri ölüb
-
“Əgər Yamal yox, Messi olsaydı, həyəcan keçirərdim” - “Sabah”ın futbolçusu
-
Arif Mirzəyev vəfat etdi
-
Kəmaləddin Heydərov Polşa səfirliyində olub, başsağlığı verib - (Foto/Video)
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - (Video)
-
Dövlət Komitəsi Göy məscidin tarixi-mədəni kimliyinin təhrif edilməsinə etiraz edib
-
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - (Foto)
-
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
-
Yeni il gecəsi milyonlar qazanacaqlar - Siyahı
-
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - (Foto)
-
Gəncədə daha bir "BakuBus" avtobusu qəzaya düşdü - (Video)
-
Aslan Fətullayevin dəfn yeri açıqlandı
-
Milli Qəhrəman süni tənəffüs aparatına qoşuldu
-
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib





