Dünya

3 uşaq anası ağır sənəti seçdi, indi yüksək gəlir əldə edir: Magdanın uğur hekayəsi (Foto)

26 İyun 2026 00:25
Baxış: 340
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Uzun illərdir ağır nəqliyyat vasitələri sektorunda çalışan 39 yaşlı Magda Hungria əldə etdiyi təcrübə sayəsində peşəkar sürücülər arasında ən çox qazananlardan birinə çevrilib. Avtobus və yük maşını sürərək qazandığı çoxillik təcrübə onu bu sahədə axtarılan və sabit gəlirə sahib bir mütəxəssis edib.

Milli.Az xəbər verir ki, Braziliyada yaşayan 3 uşaq anası Magda Hungria BYD şirkətinə məxsus elektrikli yük maşınını idarə edən ilk qadın sürücülərdən biri olaraq tarixə düşüb. Əsasən kişilərin çalışdığı ağır nəqliyyat sektorunda özünə yer edən Magda 12 nəfərlik bir peşəkar sürücü heyətindəki azsaylı qadınlardan biridir.

Magdanın sükan arxasındakı sərgüzəşti hələ 18 yaşında sürücülük vəsiqəsi alması ilə başlayıb. 23 yaşında avtobus sürücüsü kimi fəaliyyətə başlayan Magda şəhərdaxili, şəhərlərarası və çarter daşımaları kimi müxtəlif sahələrdə təcrübə toplayıb. Təxminən 10 ildir ki, ağır nəqliyyat vasitələri idarə edən Magda daha sonra yük maşını sürücülüyünə keçid edərək karyerasını yüksək səviyyəyə çatdırıb. Hətta onun vaxtilə şəhərlərarası avtobus sürən ilk qadınlardan biri olduğu da qeyd edilir.

"Əsas odur ki, sevdiyin işi görəsən"
Ağır nəqliyyat sektorunda qadın olmağın yol şəraiti, infrastruktur problemləri və bəzən rast gəlinən qərəzli yanaşmalar kimi çətinlikləri olduğunu etiraf edən Magda, buna baxmayaraq geri çəkilmir. O, qadınların hər sahədə uğur qazana biləcəyini vurğulayaraq, "Əsas olan sevdiyin işi görməkdir" deyərək peşəsinə olan bağlılığını ifadə edir.

BYD kimi böyük bir istehsal müəssisəsində çalışması, Magdanın sürücülük karyerasının iqtisadi baxımdan həm güclü, həm də nizamlı bir səviyyəyə çatdığını göstərir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.