İdman

Patrik Şik uğursuz çıxışdan sonra millini tərk etdi

25 İyun 2026 22:22
Baxış: 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çexiya millisinin hücumçusu Patrik Şik milli karyerasını başa vurub.

Milli.Az xəbər verir ki, bu barədə Çexiya yığmasının mətbuat xidməti məlumat yayıb. Qərar futbolçunun yığmasının DÇ-2026-dakı uğursuz çıxışından və turnirlə vidalaşmasından bir gün sonra verilib.

Xatırladaq ki, Çexiya millisi DÇ-2026-nın qrup mərhələsini cəmi bir xalla sonuncu, dördüncü pillədə tamamlayaraq mundialla erkən vidalaşıb. 30 yaşlı hücumçu turniri qolsuz və məhsuldar ötürməsiz başa vuraraq gözlənilən performansı göstərə bilməyib.

Qeyd edək ki, "Bayer"in şərəfini qoruyan Şik milli komandada debütünü 2016-cı ildə edib. O, yığmanın heyətində meydana çıxdığı 56 matçda 26 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb. (qol.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.