“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb.
Milli.Az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Aysu Əliyeva IV ixtisas qrupu üzrə 693.6 bal toplayaraq ən yüksək nəticəni göstərib.
Ölkə birincisi olan Aysu sevincini bizimlə bölüşüb:
"Ölkə birincisi olmaq çox qürurverici hissdir. Əziyyətlərimin bəhrəsini gördüyüm üçün çox xoşbəxtəm. Mənə bu yolda dəstək olan hər kəsə təşəkkür edirəm. Günümün çox hissəsini dərslərimə ayırsam da, dostlarımla vaxt keçirməyə və dincəlməyə də zaman tapırdım. Düşünürəm ki, yüksək nəticə üçün planlı hazırlaşmaq və yuxu rejiminə diqqət yetirmək lazımdır. Buraxılış imtahanındakı 1-2 diqqətsizlik səhvim məni 700 baldan ayırdı.
Fizika fənninə xüsusi marağım olub. Təhsil müddətində Respublika Fənn Müsabiqələrində (RFM) gümüş, Respublika Fənn Olimpiadalarında (RFO) isə bürünc medal qazanmışam. Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb, daha sonra xaricdə biliklərimi daha yüksək səviyyəyə daşımağı hədəfləyirəm.
Bütün abituriyentlərə masa arxasına keçərkən xəyallarındakı peşəni düşünüb, nə üçün çalışdıqlarını yada salmağı tövsiyə edirəm. Düzgün rejim və daim çalışmaq uğurun sirridir".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)
-
Qəbul imtahanının nəticəsi açıqlandı





