Sağlamlıq

Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

24 İyun 2026 15:18
Baxış: 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir".

Milli.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun  pediatrı  Gülnarə İlyasova açıqlayıb.

Onun sözlərinə görə, uşaqlara və ailə üzvlərinə əllərini yumaq öyrədilməlidir:

"Heyvana toxunduqdan, yemək qablarını təmizlədikdən, qum və ya tualet qabını dəyişdikdən, heyvanın tüpürcəyi ilə təmasdan sonra əllər ən azı 20 saniyə sabun və su ilə yuyulmalıdır. Ev heyvanlarının sağlamlığı birbaşa ailənin sağlamlığı ilə əlaqəlidir".

Pediatr qeyd edib ki, ev heyvanlarının peyvəndlərinin vaxtında vurulması, parazit müalicələri müntəzəm aparılması çox vacibdir:

"Çünki parazitlər bəzi hallarda uşaqlara keçərək bağırsaq problemləri və allergik reaksiyalar yarada bilər. Əgər evdə pişik və ailədə hamilə qadın varsa, toksoplazmoz riski səbəbilə pişik qumunun təmizlənməsi zamanı xüsusi diqqət lazımdır. Mümkünsə bunu başqa ailə üzvü etməlidir".

G.İlyasova bildirib ki, ev heyvanı saxlamaq uşaqlar üçün təhlükəli deyil, əksinə düzgün gigiyena ilə birlikdə faydalı ola bilər:

"Əsas məsələ müntəzəm təmizlik, düzgün əl gigiyenası, heyvanın sağlamlığına nəzarətidır". 

Müəllif: Mina Mikayılova (müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.