Dünya

“Meta”dan yeni addım - Zukerberq mərc tətbiqi hazırlayır

24 İyun 2026 16:25
Baxış: 441
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Meta" şirkəti yeni proqnozlaşdırma platforması üzərində işləyir.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin baş direktoru Mark Zukerberq əməkdaşlarına "Polymarket"ə bənzər proqnoz və mərc imkanları təqdim edən yeni xidmət hazırlamağı tapşırıb.

Bildirilir ki, "Arena" adlandırılan layihə ayrıca mobil tətbiq kimi istifadəyə veriləcək. Platformada istifadəçilər idman yarışları, iqtisadi hadisələr və siyasi proseslərlə bağlı proqnozlar verə biləcəklər.

Məlumata əsasən, tətbiqin "Facebook", "Instagram" və "WhatsApp" platformalarından ayrı fəaliyyət göstərməsi nəzərdə tutulur. Bununla belə, yeni xidmətin tanıdılması üçün "Meta"nın mövcud platformalarının imkanlarından istifadə oluna bilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.