Hüseyn Quliyevə hökm oxundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı Ağır Cinayətlər Məhkəməsində "Farmaniya.com" dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevə hökm oxunub.
Milli.Az lent.az-a istinadla xəbər verir ki, hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə tərkibi Hüseyn Quliyevə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 193-1.3.2 maddəsinə bəraətverici əsaslarla xitam verib. Yekun olaraq, təqsirləndirilən şəxsə 178.2.2 və 244-1.2.2 maddələrilə cəmi 4 il müddətinə azadlıqdan məhrum etmə təyin edilib.
Qeyd edək ki, dövlət ittihamçısı çıxışında Hüseyn Quliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, ötən ilin sentyabr ayında ölkənin virtual məkanında, xüsusən sosial şəbəkələrdə onlayn piramida dələduzluq sxemi əsasında yatırım saytı adı altında fəaliyyət göstərən "Farmaniya.com" platformasında vətəndaşların pul vəsaitlərinin ələ keçirildiyi barədə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində həmin qanunsuz əməllərin qeydə alındığı tətbiqin idarəetmə panelinin admini, 2006-cı il təvəllüdlü Hüseyn Quliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, o, sosial şəbəkələrdə özünü bloqer kimi təqdim edərək "Farmaniya.com" saytının rəsmi investisiya layihəsi kimi reklamını aparıb və müxtəlif şirnikləndirici vədlərlə istifadəçilərin etibarını qazanıb. H.Quliyev zərərçəkənlərə yatırdıqları sərmayənin müqabilində yüksək məbləğdə qazanc əldə edəcəklərini bildirib və həqiqətə uyğun olmayan təkliflərlə dələduzluq piramidası yaradıb. Bu yolla sayta müraciət edən 18 mindən çox şəxsin qeydiyyatdan keçməsinə və nəticədə 400 min manata yaxın vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə nail olub.
H.Quliyev vətəndaşların pullarını ələ keçirmək üçün tanışı, 22 yaşlı Badamxanım Əhmədovanın adına açılmış elektron pul kisəsindən istifadə edib. Bu fəaliyyətinin müqabilində həmin şəxs də dələduzluq yolu ilə əldə olunan vəsaitlərdən maddi gəlir qazanıb. Tədbirlərin davamı olaraq B.Əhmədova da Baş İdarə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Aparılmış araşdırmalarla saxlanılan şəxslərin həyata keçirdikləri dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartlarına 700 min manatdan artıq vəsaitin mədaxil olunduğu aşkarlanıb.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələr ilə cinayət işi başlanılıb. H.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onunla bu hüquqazidd əməllərdə əlbir olan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.
Hüseyn Quliyev "Zevs" ləqəbi ilə tanınan məşhur videobloqer Ruslan Quliyevin qardaşıdır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda saxlanılan Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verilib
-
“Qanunda olmayan tələb irəli sürülür” - Orxan Əli
-
Hüseyn Quliyevə hökm oxundu
-
Fərhad Mehdiyevin sözlərinə TƏBİB-dən cavab gəldi - Yenilənib
-
Fransa millisinin baş məşqçisinin anası öldü - DÇ-ni qoyub ölkəsinə qayıtdı
-
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi - (Video)
XƏBƏR LENTİ
-
İran ABŞ-yə və mənə böyük hörmət göstərir
-
ABŞ İŞİD liderini məhv etdi
-
“Neftçi”dən yay transferi - Qvadelupalı müdafiəçi ilə 2 illik müqavilə
-
Ukrayna vətəndaşları İrandan geri gətirildi - 4 dənizçi azad edilib
-
Bakıda saxlanılan Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verilib
-
İrandan Azərbaycana 41 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alındı
-
Ceyhun Bayramov Polşaya səfərə yola düşüb
-
“Qanunda olmayan tələb irəli sürülür” - Orxan Əli
-
Hüseyn Quliyevə hökm oxundu
-
“Meta”dan yeni addım - Zukerberq mərc tətbiqi hazırlayır
-
Fərhad Mehdiyevin sözlərinə TƏBİB-dən cavab gəldi - Yenilənib
-
ABB kartı olanlar diqqət: Vəsaitlər silinir - (Foto)
-
Həbsxanadakı məhkumun gizli silahı Nərimanovda tapıldı
-
Fransa millisinin baş məşqçisinin anası öldü - DÇ-ni qoyub ölkəsinə qayıtdı
-
Şənbə günü daha həyəcanlı olacaq - Rafael Fiziyev
-
Dünya çempionatındakı yeni qaydanın səbəbi məlum oldu
-
Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək
-
Hamburqda AZAL-a məxsus ilk Airbus A321neo təyyarəsinin təhvil verilməsi mərasimi keçirilib - (Foto)
-
Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq
-
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
-
Yayın ən sevilən meyvəsi təhlükə mənbəyinə çevrilə bilər - Müsahibə
-
Fransada anomal istilər: 68 minə yaxın ev işıqsız qaldı
-
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
"Zirə" klubu Rövlan Muradovla yollarını ayırıb





