Hadisə

Bakıda saxlanılan Türkmənistan vətəndaşı Qırğızıstana təhvil verilib

24 İyun 2026 17:08
Baxış: 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda həbs edilən Türkmənistan vətəndaşı Aqamuhammet Annaberdiyev Qırğızıstan hüquq-mühafizə orqanlarına ekstradisiya olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 1999-cu il təvəllüdlü A.Annaberdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı Qırğız Respublikası Baş Prokurorluğunun vəsatəti Azərbaycan tərəfi tərəfindən təmin edilib.

Bildirilib ki, Qırğızıstanda külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətində təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib və 2026-cı ilin aprel ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" Konvensiyaya əsasən onun ekstradisiyası barədə qərar qəbul olunub və A.Annaberdiyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Qırğızıstanın səlahiyyətli orqanlarına təhvil verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.