Dünya

36 yaşlı modelin sirli ölümü: Çamadandan meyiti tapıldı

24 İyun 2026 14:33
Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Kolumbiyanın paytaxtı Boqotada tanınmış modelin meyiti çamadanın içərisindən tapılıb.Hüquq-mühafizə orqanları hadisə ilə əlaqədar Britaniya vətəndaşının axtarışına başlayıb.

Milli.Az xəbər verirki, 36 yaşlı Natalia Villalba Angarita kirayədə yaşadığı mənzilin vanna otağında çamadanın içində ölü vəziyyətdə aşkar edilib. Dəhşətli tapıntı icarə müddəti başa çatdıqdan sonra mənzilə daxil olan təmizlik işçiləri tərəfindən üzə çıxarılıb.

İlkin məlumata görə, cəsəd duşun işlək vəziyyətdə olduğu vanna otağında yerləşən boz çamadanda gizlədilib. Hadisə yerinə cəlb olunan müstəntiqlər ölüm faktını qəsdən adam öldürmə kimi qiymətləndirirlər.

Araşdırma zamanı mənzildə qalan şəxslərin kimliyi müəyyənləşdirilir. Bildirilir ki, modelin yaşadığı mənzildə əvvəlcə ABŞ vətəndaşı olub, daha sonra isə Britaniya vətəndaşı olduğu deyilən şəxs həmin ünvana gəlib. Təhlükəsizlik kameralarının görüntülərində həmin şəxsin binadan ayrıldığı əks olunub.

Müstəntiqlər hadisə yerindən əldə edilən sübutları, o cümlədən barmaq izlərini və digər izləri ekspertizaya göndəriblər. Ölümün dəqiq səbəbi və vaxtının müəyyənləşdirilməsi üçün məhkəmə-tibbi ekspertizası aparılır.

Hadisə ilə bağlı araşdırmalar davam edir və polis şübhəli şəxsin yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görür.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.