Hadisə, Kriminal

İrandan Azərbaycana 41 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alındı

24 İyun 2026 16:56
Baxış: 290
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İrandan Azərbaycana 41 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Milli.Az-a verilən məlumata görə, dövlət sərhədinin etibarlı mühafizəsi, qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə ümumilikdə 41 kiloqram 168 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində 6 kiloqram 478 qram narkotik vasitə marixuana, "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində isə 24 kiloqram 90 qram marixuana aşkarlanıb.

"Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində isə dövlət sərhədini pozaraq narkotik vasitə keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib. Hadisə yerinə baxış zamanı 10 kiloqram 600 qram narkotik vasitə (10 kiloqram 550 qram marixuana və 50 qram tiryək) aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.