Qəbul imtahanının nəticəsi açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edilib.
Milli.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.
İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 40504 abituriyentdən (I qrup üzrə 33986 nəfər, IV qrup üzrə 6518 nəfər) 1996 nəfər (I qrup üzrə 1821 nəfər, IV qrup üzrə 175 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 11187 abituriyentdən 1105 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.
Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər - Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı, Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu S.Kazımov adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğlu və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı göstərib.
Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.
Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər - Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızı və Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı göstərib.
Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29 iyun saat 10:00-dan 1 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanlı bloqerlər özlərindən gözəl anaları ilə - (Fotolar)
-
İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirdi
-
Yük maşını elektrik dirəyinə çırpıldı - Ölən var - (Foto)
-
Şimali Koreya qoşunları qısa müddətə Koreya Respublikası sərhədini keçiblər
-
Nadir Qafarzadə nəvəsi ilə (Foto)
-
Pomidor souslu badımcan resepti
-
Xalq artistinin illər əvvəlki fotosu müzakirə yaratdı - (Foto)
-
Bu yay turistlər daha çox bu ölkələrə getdilər
-
Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət
-
Günay bikinidə fotolarını yaydı
-
Diananın qeyri-adi vərdişi
-
Məşhur bloqer cütlüklərin illər əvvəlki görüntüləri - Tanınmaz haldadırlar - (Fotolar)
-
Türkiyə Super Liqası: “Fənərbaxça” ilk turda məğlub olub
-
Qapısı olmadan bütün gün soyuq qalan market dolabları bunu necə bacarır?
-
“Ulduz müharibələri”nin aktyoru Nik Cozef vəfat etdi
-
"Qalatasaray" sabiq futbolçusuna üz tutdu
-
WP: Körfəz ölkələri ABŞ-ın İran siyasətindən narazıdır
-
“Neqativ məqamları düşünmək lazım deyil” - Valdas Dambrauskas
-
Şaftalının öz toxumasını itirmədən dondurmağın yolları
-
Günün qoroskopu: Özünüzə kiçik bir hədiyyə etmək üçün əla gündür
-
Keks qəlibində yarpaq dolması resepti
-
Qol vurandan sonra huşunu itirdi - (Video)
-
"Yeraltı"nda yeni sima - "Bozo"nun eks-sevgilisini canlandıracaq (Foto)
-
Premyer Liqa: "Sabah" "Kəpəz"i məğlub edib





