Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu! (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, "Qarabağ" bu yay növbəti - 6-cı futbolçu keçidini gerçəkləşdirib.
Milli.Az xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın "Pari Nijni Novqorod" klubundan yamaykalı Renaldo Sefası transfer edib.
Hər iki cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə 3 illik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər klubun formasını geyinəcək.
Yamaykada "Arnett Qardens"in formasını geyinmiş Renaldo Şimali Makedoniyada "Şkupi", Türkiyədə "Ankaragücü"də çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib. 2023-cü ildən Yamayka millisinin futbolçusu olan Sefas 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub.
QOL.az saytı bu transferlə bağlı mühüm detalı öyrənə bilib. Saytımıza daxil olan özəl xəbərə görə, Sefasın transferi "Qarabağ"a 5 milyon manata (2,5 milyon avrodan bir az çox) başa gəlib. Bu məbləğin 2 milyon manatı (1 milyon avro) təzminat olaraq "Pari NN" klubuna ödəniləcək. Futbolçunun özü isə ildə 1 milyon manat olmaqla 3 ilə 3 milyon manat (1,5 milyon avro) qazanacaq.
Beləliklə, Sefas "Qarabağ" tarixinin ən bahalı oyunçusu olub.
Bu yay transferlərdə fəallığı ilə seçilən Ağdam təmsilçi aldığı futbolçulara görə artıq 10 milyon manat (5 milyon avro) təzminat ödəyib. Bu məbləğə daha əvvəl alınan 5 futbolçunun maaşı daxil deyil. Yaxın günlərdə "Qarabağ"ın müdafiə xəttinə daha bir oyunçu transfer edəcəyi gözlənilir.
Qeyd edək ki, Renaldo Sefasdan əvvəl "Qarabağ" Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç "Qarabağ"a qoşulub.(qol.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Patrik Şik uğursuz çıxışdan sonra millini tərk etdi
-
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu! (Foto)
-
Azərbaycanda ilk dəfə DÇ oyunlarını xanımlar şərh edəcək
-
“Qarabağ”dan bu yayın 6-cı transferi - Renaldo Sefas
-
Rövlan Muradov "Araz-Naxçıvan"da
-
Madibo rəqibin ayağını sındırdı - Sərt cəzalandırıldı
XƏBƏR LENTİ
-
İnək əti ilə dana əti arasındakı fərqi anlamağın 4 asan yolu
-
Venesuelada güclü zəlzələ: 188 ölü, 1600-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Azərbaycandan Ermənistana 18 vaqon benzin, 8 vaqon dizel yanacağı göndəriləcək
-
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
-
Patrik Şik uğursuz çıxışdan sonra millini tərk etdi
-
Zelenski Rusiyaya qarşı 40 günlük xüsusi əməliyyatı təsdiqləyib
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edilib (Foto)
-
Renaldo Sefas “Qarabağ” tarixinin ən bahalı oyunçusu oldu! (Foto)
-
Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı
-
"Temu"dan ucuz paraşüt alıb test etdi (Video)
-
Azərbaycanda ilk dəfə DÇ oyunlarını xanımlar şərh edəcək
-
Azərbaycan və Peru ikitərəfli əlaqələrin gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər - Xarici İşlər Nazirliyi
-
Prezident İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub
-
Leyla Əliyeva Vatikan Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri ilə görüşüb (Foto)
-
“Qarabağ”dan bu yayın 6-cı transferi - Renaldo Sefas
-
Ağstafada qaz olmayacaq
-
Sabirabadd ağır qəza - Ölən və xəsarət alanlar var - (Foto)
-
Ermənistan parlamentinin sədri dəyişir
-
General rütbəsi verilən zabitlər - (Foto)
-
Sabah Bakının bəzi küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
-
İtkin şəhid İbrahim Vəlizadə “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
Hikmət Hacıyev NATO-nun xüsusi nümayəndəsi ilə görüşüb
-
Çölü xırçıltılı, içi yumşaq: Pendirli qarğıdalı çörəyi resepti
-
Rövlan Muradov "Araz-Naxçıvan"da





