Almaniyada pensiya yaşı 70-ə qaldırılır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniya hökuməti yaşlanan əhali və pensiya sisteminə artan maliyyə yükü fonunda genişmiqyaslı islahatlara hazırlaşır.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Kansler Fridrix Merts Bundestaqda çıxışı zamanı pensiya sistemində dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin ilin sonunadək Federal Parlamentdə qəbul edilməsinin hədəfləndiyini bildirib.
Onun sözlərinə görə, islahat paketi plan üzrə irəliləyərsə, payız aylarında parlament müzakirələrinə çıxarılacaq və ilin sonuna qədər təsdiqlənə bilər.
Hökumətin yaratdığı ekspert komissiyası Almaniyada pensiya sisteminin uzunmüddətli dayanıqlığını təmin etmək üçün bir sıra təkliflər hazırlayıb. Təkliflər arasında İsveç modelinə bənzər dövlət dəstəkli pensiya fondunun yaradılması və pensiya yaşının orta ömür uzunluğuna uyğun olaraq mərhələli şəkildə artırılması da yer alır.
Komissiyanın hesabatına əsasən, 2032-ci ildən etibarən pensiya yaşının hər on ildən bir təxminən altı ay artırılması nəzərdə tutulur. Bu mexanizmin nəticəsində pensiya yaşının 2092-ci ildən tez olmayaraq 70 yaşa çatacağı proqnozlaşdırılır.
Kansler bildirib ki, İkinci Dünya müharibəsindən sonra doğulan "baby boomer" nəslinin kütləvi şəkildə pensiyaya çıxması sistemə ciddi maliyyə təzyiqi yaradıb: "Biz artıq gecikmişik. Bu addımlar illər əvvəl atılmalı idi".
İslahat paketinə həmçinin məcburi pensiya yığım sisteminin gücləndirilməsi və kapital bazarına əsaslanan yeni investisiya mexanizmlərinin tətbiqi də daxildir.
Qeyd edək ki, Almaniya dünyanın ilk dövlət dəstəkli pensiya sistemini 1889-cu ildə kansler Otto fon Bismark dövründə yaradıb. O vaxt pensiya yaşı 70 olaraq müəyyən edilmişdi.
Rəsmi statistikaya görə, hazırda Almaniya əhalisinin təxminən 23 faizi, yəni 19 milyona yaxın insan 65 yaşdan yuxarıdır. Bu göstərici 1991-ci ildə 15 faiz idi.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Tramp Venesuela zəlzələsi ilə bağlı təcili yardım göstərişi verdi
-
Zirzəmidə gizli sərvət: 71 yaşlı kişi cəmi 40 günə 216 min qazandı - (Foto)
-
Yaponiyada da 7,2 bal gücündə zəlzələ oldu - Yaralananlar var - (Video)
-
Almaniyada pensiya yaşı 70-ə qaldırılır
-
Cəbhə arxasında müharibə: Ukrayna Rusiyanın logistikasını hədəfə alır
-
Venesuelada güclü zəlzələ: 32 ölü, 700-dən çox yaralı - (Video)
XƏBƏR LENTİ
-
Qobustanda yol polisindən yayınan sürücü həbs edildi
-
Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər
-
Novxanı çimərliyində xəndəklər qazılıb:Sürücülərin yolu kəsilib
-
Tramp Venesuela zəlzələsi ilə bağlı təcili yardım göstərişi verdi
-
Rayonlarda milyonluq həyat: villaların qiyməti 1 milyon manatı keçir
-
Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik edib
-
“Arzum 999” ləqəbli blogerin məhkəməsi təxirə salındı
-
Türkiyə son oyununa çıxacaq
-
Zirzəmidə gizli sərvət: 71 yaşlı kişi cəmi 40 günə 216 min qazandı - (Foto)
-
Sabah Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək
-
Naxçıvanda azyaşlı əlil arabasından yıxılaraq öldü
-
Yaponiyada da 7,2 bal gücündə zəlzələ oldu - Yaralananlar var - (Video)
-
ABB kartlarından silininən pullar geri qayıtdı
-
Almaniyada pensiya yaşı 70-ə qaldırılır
-
Futbol üzrə növbəti dünya çempionatı Azərbaycanda keçiriləcək
-
Toxum istehsalında yeni qaydalar tətbiq ediləcək
-
2 saatda 225 litr qan yığıldı
-
Qaradağda fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
-
Cəbhə arxasında müharibə: Ukrayna Rusiyanın logistikasını hədəfə alır
-
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
-
Bilgəhdə dənizdə batan gəncin meyiti tapıldı
-
Astarada 60 yaşlı kişi mağazada öldü
-
Venesuelada güclü zəlzələ: 32 ölü, 700-dən çox yaralı - (Video)
-
Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı - (Foto)





