Hadisə

Dənizdə batan 4 gəncdən sonuncusunun da meyiti tapıldı - (Foto)

25 İyun 2026 09:48
Baxış: 831
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İyunun 22-də Xəzər rayonu Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun da meyiti tapılaraq sudan çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun nəşi Buzovna qəsəbəsinin dəniz sahilində aşkar edilib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə günü 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və qardaşı 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti suda tapılıb çıxarılıb.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.