Dünya

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

25 İyun 2026 09:34
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İtaliyada qadın və kişilər üçün ayrı hissələrdən ibarət çimərlikdə baş verən insident müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, Triest şəhərində yerləşən və yerli sakinlərin "Pedoçin" adlandırdığı "Banyo-Marino-La-Lanterna" çimərliyində Milan şəhərindən gələn turist qadın mövcud qaydalara məhəl qoymayaraq sevgilisi ilə birlikdə kişilər üçün nəzərdə tutulmuş hissədə istirahət edib.

Buna etiraz edən yerli sakinlərlə mübahisə edən qadın çimərliyin qaydalarını sərt tənqid edərək onların "Orta əsrlərdə yaşadıqlarını" bildirib. Hadisə qısa zamanda gərginləşərək qalmaqala çevrilib.

Qeyd edək ki, Adriatik dənizi sahilində yerləşən bu çimərlik Avropada qadın və kişilərin ayrı-ayrı çimdiyi son rəsmi çimərlik hesab olunur. Sahə beton divarla iki hissəyə bölünüb. Bir tərəfdə qadınlar və uşaqlar, digər tərəfdə isə kişilər istirahət edirlər.

Məlumata görə, turist qadın ona irad bildirən yerli sakinlə mübahisə zamanı təhqiramiz ifadələr işlədib. Sonradan ərazi əməkdaşlarının müdaxiləsi ilə vəziyyət nəzarətə götürülüb və cütlük çimərlikdən uzaqlaşdırılıb.

Hadisə sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bir çox istifadəçi turistlərin yerli qaydalara və uzun illərdir qorunan ənənələrə hörmətlə yanaşmalı olduqlarını bildirib.

Yüz ildən artıq tarixə malik olan "Pedoçin" çimərliyi bu gün də Triest sakinləri tərəfindən şəhərin fərqli simvollarından biri kimi qorunub saxlanılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.