Toxum istehsalında yeni qaydalar tətbiq ediləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda toxumçuluq sahəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb.
Milli.Az xəbər verir ki, "Toxumçuluq haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
6 fəsil və 27 maddədən ibarət olan layihədə toxumçuluq və seleksiya sahəsində idarəetmənin rəqəmsallaşdırılması və vahid informasiya sisteminin (Reyestr) yaradılması nəzərdə tutulur.
Layihəyə əsasən, həmin reyestrdə seleksiya nailiyyətləri (sortlar, hibridlər və cinslər), qeydiyyata alınmış toxum əməliyyatçıları, müqavilələr və toxumluq əkinlər barədə məlumatlar toplanacaq. Bu sistem vasitəsilə toxumların sertifikatlaşdırılması, eləcə də onların bioloji və iqtisadi göstəriciləri barədə daha şəffaf və ətraflı məlumat əldə etmək mümkün olacaq.
Qanunvericilikdə pozuntulara görə tətbiq edilən cərimələrdən toplanan vəsaitin 50 faizinin müvafiq icra orqanının işçilərinin sosial müdafiəsi və maddi-texniki bazasının gücləndirilməsinə yönəldilməsi də nəzərdə tutulur. Bu vəsaitin bölgüsü və istifadə qaydası aidiyyəti qurum tərəfindən müəyyən ediləcək.
Yeni qanun qüvvəyə mindikdən sonra 1997-ci il 11 mart tarixli "Toxumçuluq haqqında" qanun ləğv ediləcək. Mövcud toxum istehsalçılarına verilmiş şəhadətnamələr isə onların göstərilən müddətinə qədər hüquqi qüvvəsini saxlayacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pərvin Abıyeva: “4 ildir bu xəstəliyə görə kökəlmirəm“
-
Bakıda 17 yaşlı tələbə qəfil vəfat etdi
-
Yol polisi gözlənilən hava ilə bağlı sürücülərə müraciət edib
-
36 yaşlı “Eşref Tek” xeyli çəki atdı - (Foto)
-
Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
-
Yoldaşlıq görüşündə Ançelotti qırmızı vərəqə aldı
-
Xuraman da plastik əməliyyat etdirdi
-
Tramp: İranla müharibənin başa çatıb, ABŞ qalib gəlib
-
“Real”ın ulduzu nə yemək bişirə, nə də maşın sürə bilir
-
Rusiyanın Xalq artisti səhnədən gedir
-
Əli Abbasova ağır itki
-
Ronaldo serial çəkir - (Foto)
-
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - (Foto)
-
“Sabah”ın basketbolçusu FIBA Çempionlar Liqasında ən yaxşı seçildi
-
Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
-
Sənədsiz evlərə qaz, su, işıq bu hallarda çəkilə bilər
-
“Kalaşnikov”la 3 dəqiqəyə lüks mağazanı soydular - 1 milyonluq brilyant oğurlandı - (Video)
-
“Azərbaycana qarşı xidmətlərinə görə” Əli Kərimli erməni lobbisi tərəfindən niyə mükafatlandırıldı?
-
Maaşlar artacaq: Saatlıq minimum əmək haqqı tətbiq olunacaq
-
Rubio ABŞ-ın İran üzərində qələbənin əsas şərtini açıqladı
-
Dondurucu soyuqlar gəlir - Xəbərdarlıq
-
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
-
Arda ilə bağlı qərar verildi: Maaşı artacaq
-
Əməkdar artist 14 yaşında - (Foto)





