Diabet riski yüksək olan qan qrupu açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransada aparılan genişmiqyaslı araşdırma müəyyən qan qrupları ilə 2-ci tip diabet arasında əlaqə ola biləcəyini ortaya qoyub.
Milli.Az xəbər verir ki, tədqiqatın nəticələrinə görə, diabet inkişaf riski ən yüksək olan qan qrupu B müsbət, ən aşağı risk daşıyan qan qrupu isə 0 mənfi hesab edilir.
82 mindən çox insanın sağlamlıq məlumatlarının təhlili əsasında aparılan araşdırma göstərib ki, 0 qan qrupuna malik şəxslərdə 2-ci tip diabetin yaranma ehtimalı digər qan qrupları ilə müqayisədə daha aşağıdır.
Nəticələrə əsasən, A qan qrupuna sahib şəxslərdə diabet riski təxminən 10 faiz, B qan qrupunda isə 21 faiz daha yüksək müəyyən edilib. Rh faktoru da nəzərə alındıqda, B müsbət qan qrupuna malik insanlarda xəstəliyin inkişaf ehtimalının 0 mənfi qan qrupu ilə müqayisədə 35 faiz çox olduğu bildirilib.
Mütəxəssislər hesab edirlər ki, bəzi qan qruplarında olan antigenlər orqanizmdə xroniki iltihab proseslərini və insulin müqavimətini gücləndirə bilər. Bundan əlavə, qan qrupunun bağırsaq mikroflorasına təsir göstərərək şəkər mübadiləsində rol oynaya biləcəyi ehtimal edilir.
Alimlər vurğulayırlar ki, qan qrupu dəyişdirilə bilməz, lakin risk qrupuna daxil olan şəxslər sağlam qidalanmaya, fiziki aktivliyə və müntəzəm tibbi müayinələrə daha çox diqqət yetirməlidirlər.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Diabet riski yüksək olan qan qrupu açıqlandı
-
Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
Oyuncaqlarda gizlənən təhlükə: Xəbərdarlıq
-
Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?
XƏBƏR LENTİ
-
Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Milli Məclisin 30 iyun iclasının gündəliyi açıqlandı
-
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib
-
Azərbaycan Suriyada 10 yeni məktəb tikəcək
-
Ötən gün 62 cinayətin üstü açılıb
-
Diabet riski yüksək olan qan qrupu açıqlandı
-
Azərbaycan Venesuelaya başsağlığı verdi
-
Xameneinin yerinə qərarları kim verir?
-
Ermənistan hökumətinin tərkibində dəyişiklik olacaq?
-
Ali Məhkəmə daşınmaz əmlakın geri qaytarılması şərtlərinə aydınlıq gətirdi
-
İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
250 tələbədən 46 min manat yığıldı - BDU-nun məzun gecəsi son anda ləğv edildi
-
Kilosu 20 qəpiklik pomidor Bakıda niyə 2 manata satılır?
-
Neymar 980 gündən sonra Braziliya millisində meydana qayıtdı
-
"Santa Barbara"nın ulduzu çətin vəziyyətdə - Ağır xəstəliyə tutuldu
-
44 ailə doğma yurdlarına geri qaytarılıb - Yenilənib
-
II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı iyulun 5-də keçiriləcək
-
126 ilin ən güclü zəlzələsi: Venesuelada əsrlik rekord qırıldı - (Foto)
-
Qobustanda yol polisindən yayınan sürücü həbs edildi - (Video)
-
Telefonlarda ekran qoruyucuları gözlərə zərər verə bilər
-
Novxanı çimərliyində xəndəklər qazılıb:Sürücülərin yolu kəsilib





