Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Milli.A xəbər verir ki, qanunun mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Qanun maliyyə icarəsi fəaliyyətinin inkişafı, təşviqi və iqtisadi artımda rolunun gücləndirilməsi məqsədilə maliyyə icarəsi fəaliyyətinin hüquqi əsaslarını və bu sahədə tənzimləmə və nəzarətin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.
Qanuna əsasən, maliyyə icarəsi haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşdirilib.
Belə ki, maliyyə icarəsi fəaliyyətini həyata keçirən şəxslər (banklar, xarici bankların yerli filialları və bank olmayan kredit təşkilatları istisna olmaqla) tərəfindən maliyyə icarəsi fəaliyyətinə "Maliyyə dair hesabatların icarəsi haqqında" qanuna uyğun olaraq Mərkəzi Banka təqdim edilməməsinə, yaxud düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1 500 manatadək məbləğdə, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə ediləcək.
Qanun qüvvəyə mindikdən 9 ay müddətində ölkədə lizinq fəaliyyətini həyata keçirən (o cümlədən hazırda lizinq fəaliyyətini normativ hüquqi aktlara müvafiq olaraq dayandırmış) şəxslər öz fəaliyyətini bu qanunun tələblərinə uyğunlaşdırmalı və müvafiq reyestrə daxil edilmək üçün Azərbaycan Mərkəzi Bankına müraciət etməlidirlər. Həmin müddətdə qanunun tələblərinə əməl etməyən şəxslər yeni maliyyə icarəsi müqavilələri bağlamamalı, mövcud lizinq müqavilələrinin müddətinin uzadılmasına yol verməməli və firma adında "maliyyə icarəsi", "maliyyə lizinqi", "lizinq" sözləri və ya bu sözlərdən ibarət söz birləşməsi olduğu halda, həmin sözlərin adından çıxarılması üçün normativ hüquqi aktlara uyğun olaraq tədbirlər görməlidirlər.
Qanun dərc olunduğu gündən 6 ay sonra qüvvəyə minir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Hüseyn Quliyev Azərbaycannın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
-
Milli Məclisin 30 iyun iclasının gündəliyi açıqlandı
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
Azərbaycan Suriyada 10 yeni məktəb tikəcək
-
Azərbaycan Venesuelaya başsağlığı verdi
-
Prezident İlham Əliyev Sloveniya dövlət başçısını təbrik edib
XƏBƏR LENTİ
-
Aqşin Fatehin restoranı yenə bağlandı
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib
-
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqlənib
-
Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək
-
Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub
-
Hüseyn Quliyev Azərbaycannın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
-
Bakı metrosunda yenilik: Lift olacaq
-
Sənədsiz evlərə çıxarış verilə bilər - Yeni konsepsiya hazırlanır
-
Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Milli Məclisin 30 iyun iclasının gündəliyi açıqlandı
-
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib
-
Azərbaycan Suriyada 10 yeni məktəb tikəcək
-
Ötən gün 62 cinayətin üstü açılıb
-
Diabet riski yüksək olan qan qrupu açıqlandı
-
Azərbaycan Venesuelaya başsağlığı verdi
-
Xameneinin yerinə qərarları kim verir?
-
Ermənistan hökumətinin tərkibində dəyişiklik olacaq?
-
Ali Məhkəmə daşınmaz əmlakın geri qaytarılması şərtlərinə aydınlıq gətirdi
-
İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq
-
250 tələbədən 46 min manat yığıldı - BDU-nun məzun gecəsi son anda ləğv edildi
-
Kilosu 20 qəpiklik pomidor Bakıda niyə 2 manata satılır?





