Sənədsiz evlərə çıxarış verilə bilər - Yeni konsepsiya hazırlanır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda sənədsiz yaşayış evlərinin hüquqi qeydiyyatı ilə bağlı yeni konsepsiya hazırlanır.
Milli.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, hazırda sənəd hökumət səviyyəsində müzakirə olunur və üzərində işlər davam etdirilir. Planın ilkin mərhələsində 100 mindən artıq qeydiyyatsız evin sənədləşdirilməsi nəzərdə tutulur. Evlərin təsnifatı onların inşa olunduğu dövr və mövcud sənədlərin əldə edilmə tarixləri əsasında aparılacaq ki, bu da prosesin daha səmərəli və mərhələli şəkildə həyata keçirilməsinə kömək edəcək.
Deputat qeyd edib ki, konsepsiyanın qəbul edilməsi çoxsaylı ailələrin əmlak hüquqlarının rəsmiləşdirilməsinə imkan yaradacaq. Qeydiyyata alınan evlər gələcəkdə alqı-satqı, ipoteka və digər hüquqi əməliyyatlar zamanı daha rahat istifadə oluna biləcək. Onun fikrincə, sənəd təsdiqləndikdən sonra sənədsiz evlərlə bağlı uzun illərdir mövcud olan problemlərin həllində mühüm irəliləyiş gözlənilir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın gizli cənnəti buradır - (Foto)
-
Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib
-
Azərbaycanda şagirdlərin sayı açıqlandı
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib
-
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqlənib
-
Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək
XƏBƏR LENTİ
-
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
-
Azərbaycanın gizli cənnəti buradır - (Foto)
-
Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib
-
Azərbaycanda şagirdlərin sayı açıqlandı
-
Azərbaycanın 18 universiteti beynəlxalq reytinqə düşdü - (Foto)
-
Aqşin Fatehin restoranı yenə bağlandı
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib
-
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqlənib
-
Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək
-
Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub
-
Hüseyn Quliyev Azərbaycannın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb
-
Bakı metrosunda yenilik: Lift olacaq
-
Sənədsiz evlərə çıxarış verilə bilər - Yeni konsepsiya hazırlanır
-
Venesuelada güclü zəlzələ: 164 ölü, 1000-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Milli Məclisin 30 iyun iclasının gündəliyi açıqlandı
-
Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
82 yaşlı "Firdevs hanım"ın son halı - (Foto)
-
Rusiyada iki neft emalı zavoduna zərbələr endirilib
-
Azərbaycan Suriyada 10 yeni məktəb tikəcək
-
Ötən gün 62 cinayətin üstü açılıb
-
Diabet riski yüksək olan qan qrupu açıqlandı
-
Azərbaycan Venesuelaya başsağlığı verdi
-
Xameneinin yerinə qərarları kim verir?





