Cəmiyyət

Dərmanları hər gün eyni vaxtda içmək niyə vacibdir?

25 İyun 2026 14:44
Baxış: 477
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dərmanların təsiri günün hansı vaxtında qəbul edilməsindən asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmin bioloji saatı sirkad ritmlərdir. Qaraciyərdə dərmanları parçalayən fermentlərin fəaliyyəti səhər saatlarında daha yüksək olduğundan bəzi preparatlar daha tez metabolizə olunur, axşam isə onların təsiri daha uzun davam edə bilər.

Milli.Az xəbər verir ki, mütəxəssis rusiyalı həkim, kimya elmləri namizədi Aleksey Panov sözlərinə görə, təzyiq dərmanları çox vaxt axşam qəbul edildikdə daha effektiv olur, statinlər isə gecə xolesterin sintezinin artdığı dövrdə daha yaxşı nəticə verir. Eyni zamanda, bəzi dərmanlarda qəbul vaxtının dəyişdirilməsi təhlükəli ola bilər, çünki onların qandakı səviyyəsinin az və ya çox olması həm təsiri azaldır, həm də yan təsir riskini artırır.

Həkimlər dərmanların istifadə qaydalarına əməl etməyi və qəbul vaxtını həkim məsləhəti olmadan dəyişməməyi tövsiyə edirlər. 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir) 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.