Kiftəli badımcan əzməsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Közlənmiş badımcanın pomidor, sarımsaq və pendirlə qarışığından hazırlanan bu əzmə üzərini bəzəyən kiçik kiftələrlə həm məzə, həm də əsas yemək kimi süfrələrinizə ləzzət qatacaq.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
Kiftə üçün:
250 qr orta yağlı dana qiyməsi
1 xörək qaşığı suxarı
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
1 çay qaşığı toz qırmızı bibər
2-3 budaq incə doğranmış cəfəri
Əzmə üçün:
2 orta boy badımcan
2 pomidor
5-6 diş sarımsaq
4-5 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
Yarım stəkan (100 ml) isti su
1 çay qaşığı bibər pastası
Yarım stəkan rəndələnmiş təzə kaşar pendiri
3-4 budaq incə doğranmış cəfəri
Hazırlanması:
Kiftə üçün olan bütün ərzaqları yaxşıca yoğurun və kiçik toplar halında yumrulayın.
Badımcanların qabığını zolaqlı soyun, uzununa bölün və hər birini eninə iki yerə kəsib tavaya düzün. Pomidorları ortadan iki yerə kəsib badımcanların yanına qoyun. Qabığı soyulmuş sarımsaqları aralara səpin. Üzərinə zeytun yağı gəzdirin və duz səpin. Tavanın qapağını bağlayıb badımcanlar yumşalana qədər, təxminən 30 dəqiqə aşağı odda bişirin (əgər pomidorun suyu kifayət etməzsə, kənardan yarım stəkan isti su əlavə edin).
işmiş pomidor və badımcanların qabığını soyub spatula (və ya çəngəl) ilə yaxşıca əzin. Ocağı yenidən aşağı dərəcəyə qoyun, bibər pastasını əlavə edib qarışdırın. Rəndələnmiş pendiri tökün və pendir əriyənə qədər qarışdırıb ocağı söndürün. Hazırladığınız badımcan əzməsini servis boşqabına yayın.
Kiftələri "airfryer"-də və ya tavada qızardıb əzmənin üzərinə düzün. Üzərinə cəfəri səpərək servis edin.
Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Turşu xiyarın xarab olmaması üçün nə etməli?
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
-
Ən bərk əti belə pambıq kimi edir: Qazana bircə çay qaşığı əlavə edin
-
Suyu çox olan şorbanı xilas etməyin yolu - 1 qaşıq bəs edir
XƏBƏR LENTİ
-
Təzyiqi aşağı salan 5 əsas qida
-
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
-
Evdə stress yaradan 5 şey
-
"Mercedes"də orta güzgünü ön şüşə əvəzləyəcək - YENİ TEXNOLOGİYA
-
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
-
Əməliyyatı illərlə cərrah yox, xadimə edib – Özəl xəstəxanada qalmaqal
-
Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur
-
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
-
Günəşdə XXI əsrin rekordu təkrarlandı
-
Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı
-
Türkiyədə yeni neft yataqları tapıldı
-
Qarabağda genişmiqyaslı bərpa işləri davam edir - Ərdoğan
-
Varlanmaq üçün 3 gün tabutda qaldı - Saxlanıldı
-
Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq
-
Azərbaycanda yük daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsi planlaşdırılır
-
Azərbaycan Türkiyəyə başsağlığı verdi
-
Raul Qonsales "Ovyedo"nun baş məşqçisi təyin olunub
-
Tuncay Şamil 50-ci yubiley dünya çempionatının gümüş medalını qazandı
-
Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
-
Şəmkirdə vəzifəli şəxs vəfat etdi
-
Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesabında Hacıqabul rayonundan paylaşım edib - (Foto/Video)
-
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: “1 nömrə mənəm”
-
Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib
-
Polşada terror aktı ilə bağlı beş nəfər saxlanılıb





