Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu ilin iyun ayının 1-dən elektron ticarət vasitəsilə alınan malların Azərbaycana gətirilməsində "smart-customs" sistemində gömrük bəyannaməsinin tərtibi üçün yeni yanaşmaların tətbiqi müəyyən edilmiş güzəştlərdən istifadə zamanı qaydalara riayətetmə səviyyəsini yüksəldəcək".
Milli.Az xəbər verir ki, bunu "Report" və İTV-yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov deyib.
"Artıq identifikasiya prosesi "ASAN İmza", SİMA, "MyGOV QR" vasitəsilə reallaşdırılır. Bu həm şəffaflığı artırır, həm də dövlətimiz tərəfindən müəyyən edilmiş güzəştlərdən istifadə zamanı qaydalara riayətetmə səviyyəsini yüksəldir.
Biz əminik ki, bu ticarət növündən sui-istifadə edən şəxslər bundan sonra malları yalnız şəxsi istifadə məqsədilə xarici ölkədən gətirəcəklər, kommersiya məqsədli olduğu halda isə adi qaydada bəyan edərək, müvafiq gömrük ödənişlərini dövlət büdcəsinə ödəyəcəklər", - Ş. Bağırov vurğulayıb.
Onun sözlərinə görə, elektron ticarət yolları ilə malların alınması əsasən fiziki şəxslər tərəfindən həyata keçirilir:
"Burada rəqəmləri də açıqlamaq istərdim. 2025-ci ildə bu göstərici 1,2 milyondan çox insanı əhatə edib - onlar elektron ticarət vasitəsilə müxtəlif əşyaları xarici ölkələrdən sadələşdirilmiş qaydalar çərçivəsində əldə ediblər. Bunun ümumi həcmi 501 milyon ABŞ dolları təşkil edir. Bu, ciddi bir rəqəmdir. Həmin vətəndaşlar tərəfindən 16 milyon bəyannamə təqdim olunub. Bu, sadələşdirilmiş prosedurlarla gətirilən mal həcmidir və yaxın coğrafiyada yerləşən ölkələrin təcrübəsinə nəzər salsaq, Azərbaycan bu sahədə lider mövqedədir.
Vətəndaş yönümlü, sosial yönümlü ticarətin, elektron ticarətin dəstəklənməsi baxımından ölkəmiz öndədir. Bununla yanaşı, əlbəttə, burada qaydalara əməl olunması zəruridir, çünki elektron ticarət öz-özlüyündə hər hansı məhsulun tamamilə sərbəst şəkildə gətirilməsi anlamına gəlmir. Qaydalara riayət olunmalıdır - bəyannamədə gömrük dəyəri düzgün göstərilməlidir. Burada mütəmadilik prinsipi əhəmiyyətlidir, çünki bir sıra hallarda bəzi vətəndaşlar bundan sui-istifadə etməyə meyl göstərirlər. Çoxsaylı malları şəxsi istifadə adı altında ölkəyə gətirirlər, nəticədə gömrük ödənişlərindən yayınırlar. Bunun qarşısını almaq üçün biz hesab edirik ki, biznesə bu barədə məlumat veririk, onlarla görüşlər təşkil edirik".
DGK sədri xatırladıb ki, gömrük dəyərinin təyin edilməsi üçün 6 üsul mövcuddur. Bu üsullar beynəlxalq normalarla müəyyən edilmiş üsullardır və gömrük dəyərləndirilməsi zamanı məhz bu üsullara istinad olunur və onun əsasında hesablamalar həyata keçirilir, o bildirib.
"Burada 6 üsulun ən əsaslarından biri sövdələşmə qiymətlərinə əsaslanan üsuldur. Sövdələşmə qiymətləri əsasında gömrük dəyərinin təyin edilməsi nəyi ifadə edir? Bu, qarşılıqlı etibar deməkdir, yəni gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki və sənədlərdəki məlumatlar həqiqətən doğru və düzgündür, burada əlavə yoxlamalara, dəyərin korreksiyasına lüzum yaranmır.
Təqdim edilmiş məlumatlar əsas götürülür. Sevindirici haldır ki, artıq birinci dəyərləndirmə üsulu, yəni gömrük orqanlarına təqdim edilmiş məlumatlara əsaslanan üsul 76,4%-ə çatıb. İllər üzrə müqayisə aparsaq, əvvəllər bu göstərici daha aşağı idi. Bu, o deməkdir ki, biznes artıq məlumatlıdır, hansı sənədləri təqdim etməli olduğunu, gömrük prosedurlarında könüllü riayətetmənin nədən ibarət olduğunu bilir.
Könüllü riayətetmənin əsas prinsipi ondan ibarətdir ki, hər bir sahibkar könüllü riayət vasitəsilə məhz öz dövlətinə xidmət göstərir. Bu yolla - könüllü riayətetmə, vaxtında ödəniş etmə - dövlətimizə, iqtisadiyyatımıza, ümumi rifahımıza töhfə verilir. Buna görə bu ümdə məsələlər olduğundan, çoxsaylı sahibkarlıq subyektləri məhz bu hədəflər istiqamətində fəaliyyət göstərir. Biz mərkəzi icra hakimiyyəti orqanı kimi buna böyük əhəmiyyət veririk", - Ş. Bağırov qeyd edib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara xəbərdarlıq
-
Şahin Bağırovdan avtomobil idxalı ilə bağlı yeni açıqlama: İmtiyazlar bərpa olunacaq?
-
Azərbaycandan Ermənistana 18 vaqon benzin, 8 vaqon dizel yanacağı göndəriləcək
-
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
-
Prezident İlham Əliyev "Maliyyə icarəsi haqqında" qanunu təsdiqləyib
-
Rayonlarda milyonluq həyat: villaların qiyməti 1 milyon manatı keçir
XƏBƏR LENTİ
-
İsti havalarda su əvəzinə süd için
-
Xaricdən şəxsi istifadə adı ilə mal gətirib satanlara xəbərdarlıq
-
Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi
-
Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm
-
Gilasları daha yaxından araşdırdılar: Bizi loqo ilə aldadırlarmış
-
Mərakeş millisindən yeni rekord
-
3 uşaq anası ağır sənəti seçdi, indi yüksək gəlir əldə edir: Magdanın uğur hekayəsi (Foto)
-
Mehriban Əliyeva 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib (Foto)
-
Günün qoroskopu: Gözlənilməz xərclər çıxa bilər
-
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür
-
Kanada “Avroviziya”da iştirak hüququ qazandı
-
Ən çox dişlənən qan qrupu: Ağcaqanadlar sizi niyə seçir?
-
Şahin Bağırovdan avtomobil idxalı ilə bağlı yeni açıqlama: İmtiyazlar bərpa olunacaq?
-
Abbasqulu ağa Bakıxanov küçəsində hərəkət məhdudlaşdırılacaq
-
"Qalatasaray"dan Can Uzun üçün 40 milyon avroluq təklif
-
Bakıda nəvəsi imtahandan az bal yığdı, acığını gəlinindən çıxdı
-
İsrail Prezidentini daşıyan helikopter quş sürüsü ilə toqquşub
-
Kiftəli badımcan əzməsi
-
İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb
-
İnək əti ilə dana əti arasındakı fərqi anlamağın 4 asan yolu
-
Venesuelada güclü zəlzələ: 188 ölü, 1600-ə yaxın yaralı - Yenilənib - (Video)
-
Azərbaycandan Ermənistana 18 vaqon benzin, 8 vaqon dizel yanacağı göndəriləcək
-
Azərbaycan-Gürcüstan sərhədində hansı dəyişikliklər olacaq? - Sədrdən AÇIQLAMA
-
Patrik Şik uğursuz çıxışdan sonra millini tərk etdi





