Hadisə

Ağdamda iki avtomobil toqquşub, dörd nəfər yaralanıb

26 İyun 2026 18:42
Baxış: 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağdam rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində Nahid Vahid oğlu Məmmədov, 1986-cı il təvəllüdlü Anar Qüdrət oğlu Yusifov, Coşqun Allahverdi oğlu Abbasov və Mehman Ərşad oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılara tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.