Mədəniyyət

Professor Hökümə Əliyevanın violin sinfi üzrə tələbələrinin konserti keçirildi - FOTO

26 İyun 2026 19:34
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın violin sinfi üzrə tələbələrinin konsert proqramı baş tutdu.Konsertdə dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri iştirak etmişdir. Konsertmeyster Arzu Səfərova olmuşdur.

Tədbirdə ilk olaraq sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova çıxış etdi, gənc musiqiçilərin peşəkar inkişafı və yaradıcılıq uğurları barəsində fikirlərini bölüşdü.

Konsert proqramında Prezident təqaüdçüsü Zərrin Əliyeva, Əli Əliyev (saksofon), Mələk Mustafazadə, İlay Kərimli, Nuray Səmədova, Həcər Hüseynli, Ümid Mustafazadə, Səbinə Həsənzadə, Kənan Bağırov, Xədicə Qasımova və Kənan Məmmədzadə çıxış etdilər.

Proqramda N.Paganini, A.Vivaldi, E.Bloch, N.Əliverdibəyov, C.Quliyev, T.Bakıxanov, P.Sarasate, A.Əliyev, M.Falla, C.Saint-Saëns və A.Schnittke kimi görkəmli bəstəkarların əsərləri səsləndirildi.

Tədbirin sonunda Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və professor Hökümə Əliyeva çıxış edərək gənc ifaçıları təbrik etmiş, onların gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulamışlar.
Müxtəlif dövrləri və musiqi üslublarını əhatə edən proqram dinləyicilər tərəfindən böyük maraqla qarşılanmış, gənc ifaçıların yüksək peşəkarlığı və səhnə mədəniyyəti alqışlarla qiymətləndirilmişdir.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.