“İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Akademik Milli Dram Teatrında Lev Tolstoyun "İvan İliçin ölümü" əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Səhnə əsəri teatrın Abbas Mirzə Şərifzadə adına səhnəsində hazırlanacaq.
Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, onları yeni səhnə əsərinin məşqlərinə başlanılması münasibətilə təbrik edib, uğurlar arzulayıb. İlham Əsgərov qeyd edib ki, "Azərbaycan mədəniyyəti 2040" Dövlət konsepsiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində teatr sənətinin inkişafı, gənc rejissorların yaradıcılıq potensialının stimullaşdırılması və onların peşəkar fəaliyyətinə dəstək məqsədilə "Bölgə teatrlarının Bakı premyeraları" layihəsinin yeni - II mərhələsi başlamışdır. Yeni tamaşa bu layihənin bir hissəsidir.
Tamaşanın quruluşçu rejissoru Mirzə Nicat, səhnələşdirmənin müəllifi Cavid Zeynallı, quruluşçu rəssamı Anar Əliyev, işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.
Yeni səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Şəlalə Şahvələdqızı, aktyorlar Ramin Şıxəliyev və Elsevər Rəhimov iştirak edirlər.
Lev Tolstoyun "İvan İliçin ölümü" əsəri baş qəhrəman İvan İliçin son günlərində çəkdiyi əzablı ağrılar və ölümü üzərində qurulmuşdur. Əsər sırf maddi mənfəətə köklənmiş həyatın mənasızlığını və mənəvi ağrıların dözülməz həddə çatdığı halı əks etdirir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Humay Qədimovanın “Hər simdə bir hekayə” adlı solo konserti böyük maraqla qarşılanıb - FOTO
-
CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar”
-
Milli İncəsənət Muzeyində “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici proqram təşkil olunub.- FOTO
-
Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakıda 20-ci yubiley mövsümünün keçirilməsi üçün birləşir
-
Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyinə həsr olunmuş təntənəli konsert keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Baş nazir Əli Əsədov mühüm qərar imzaladı
-
Diplomatik xidmətə qəbul imtahanının nəticələri 3 həftəyə açıqlanacaq
-
Dağıstanda yanacaq satışına məhdudiyyətlər tətbiq edildi
-
“General-mayor” ali hərbi rütbəsi alan Elçin Abdullayev kimdir? - Dosye
-
Həftəsonu Azərbaycanda hava kəskin dəyişəcək - Xəbərdarlıq
-
“Təzə gül kələmi” yükündən 90 kq narkotik çıxdı
-
Poroşenko barədə cinayət işi açıldığı iddia olunur
-
“İvan İliçin ölümü” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib
-
Müdafiə Nazirliyinin 5 hərbi qulluqçusuna “general-mayor” ali hərbi rütbəsi verilib
-
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
-
Aşura Günü keçirilən qanvermə aksiyasında 1269 litr qan toplandı - Yenilənib
-
Bakıda "Range Rover" qəza etdi: Yaralılar var
-
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi haqqında Əsasnamə”də dəyişiklik edilib
-
Azərbaycanın gizli cənnəti buradır - (Foto)
-
Azərbaycanda bəzi publik hüquqi şəxslər büdcə təşkilatına çevrilib
-
Azərbaycanda şagirdlərin sayı açıqlandı
-
Azərbaycanın 18 universiteti beynəlxalq reytinqə düşdü - (Foto)
-
Aqşin Fatehin restoranı yenə bağlandı
-
Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin Nizamnaməsi təsdiqlənib
-
İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatına dair Protokol təsdiqlənib
-
Hövsanda söküntü başladı: Sürət qatarı keçəcək
-
Azərbaycan gəmilərlə bağlı beynəlxalq konvensiyaya qoşulub
-
Hüseyn Quliyev Azərbaycannın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb





