Mədəniyyət

Milli İncəsənət Muzeyində “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici proqram təşkil olunub.- FOTO

24 İyun 2026 19:03
Baxış: 233
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan Milli İncəsənət Muzeyində "İnsan Hüquqları Aylığı" çərçivəsində UNISER məktəbinin V sinif şagirdləri üçün xüsusi maarifləndirici proqram təşkil olunub.

Tədbir çərçivəsində iştirakçılar üçün təqdimat, tematik ekskursiya, kölgə tamaşası və ustad dərsi keçirilib. Uşaqlar muzey ekspozisiyası ilə tanış olub, Azərbaycan təsviri sənətində uşaq obrazlarının müxtəlif dövrlərdə və fərqli rəssamların yaradıcılığında necə əks olunduğu barədə məlumat əldə ediblər.

Proqramın davamında şagirdlər kölgə tamaşasını izləyib, yaradıcı məşğələlərdə iştirak edərək öz təxəyyül və bacarıqlarını nümayiş etdirmək imkanı qazanıblar.
Tədbir zamanı uşaqlara insan hüquqları, xüsusilə də uşaqların təhsil, inkişaf və mədəni həyatda iştirak hüquqları haqqında yaşlarına uyğun məlumat verilib, onların bu sahədə maarifləndirilməsinə xüsusi diqqət yetirilib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.