Prezident İlham Əliyev Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev son vaxtlar qardaş İran xalqının çox böyük əziyyətlər çəkdiyini vurğuladı, müharibədə həlak olanlara bir daha Allahdan rəhmət dilədi.
Müharibə dövründə Azərbaycan xalqının və dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev özünün İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla telefonla danışıqlarını, həmçinin müxtəlif səviyyələrdə digər təmasları və həmrəylik nümunələrini bunun əyani göstəricisi kimi qiymətləndirdi.
Müharibənin dayandırılmasının Azərbaycan tərəfindən sevinc hissi ilə qarşılandığını vurğulayan dövlətimizin başçısı bununla bağlı ölkəmiz tərəfindən dərhal rəsmi bəyanatın verildiyini xatırladı.
"Arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın", - deyən Prezident İlham Əliyev həm Azərbaycanın, həm də İranın vaxtilə müharibələrdən əziyyət çəkdiklərini qeyd etdi.
Məhəmməd Baqir Qalibafın ölkəmizə əvvəlki səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı onun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında iştirakının əhəmiyyətinə toxundu.
Prezident İlham Əliyev bu tədbirin İslam həmrəyliyinin inkişafına töhfə verəcəyinə ümidvarlığını bildirərək, gələn il ölkəmizin İƏT-in Zirvə Görüşünə ev sahibliyi edəcəyini dedi və bununla bağlı artıq hazırlıq işlərinin başlanıldığını qeyd etdi.
Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Baqir Qalibafın səfərinin, eyni zamanda, ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağını vurğuladı.
Dövlətimizin başçısı Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafına da toxundu.
Prezident İlham Əliyevlə görüşdən məmnunluğunu bildirən qonaq İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş etdi.
Məhəmməd Baqir Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirdi.
Qonaq, eyni zamanda, İranın ölkəmizdəki səfirliyinə gələrək, İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı verməsinə, həmçinin Ayətullah Seyid Müctəba Hüseyni Xameneiyə İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməsi münasibətilə göndərdiyi təbrik məktubuna görə dövlətimizin başçısına təşəkkür etdi.
Müharibənin böyük dərd və faciə olduğunu deyən qonaq həmin dövrdə ölkəmizin İranla mehriban qonşuluq münasibətlərinə sadiq qaldığını, humanitar yardımını əsirgəmədiyini, Azərbaycan xalqının İranın yanında olduğunu vurğuladı və qeyd etdi ki, bu, İran xalqının yaddaşında əbədi qalacaq.
Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrimizin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirdi. Qonaq bu müharibənin, eyni zamanda, İrana müsəlman ölkələri ilə təmasların nə dərəcədə vacib olduğunu göstərdiyini bildirdi. Məhəmməd Baqir Qalibaf qeyd etdi ki, İran müharibə dövründə dostunu və düşmənini tanıyıb. Bu xüsusda dost ölkə kimi Azərbaycan İranın yanında olub.
Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin gələcəkdə daha da dinamik inkişafına əminlik ifadə olundu, Ağbənd-Kəlalə körpüsünün tikintisinin artıq başa çatdırıldığı və İran ərazisindən keçən Araz dəhlizinin də regionda nəqliyyat imkanlarının artırılmasına xidmət edəcəyi məmnunluqla vurğulandı.
Görüşdə ikitərəfli əlaqələrimizin perspektivləri, o cümlədən parlamentlərarası əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İraq Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
-
Prezident İlham Əliyev Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
-
Ceyhun Bayramov Polşaya səfərə yola düşüb
-
Pakistanın Azərbaycandakı səfirliyi 2 gün işləməyəcək
-
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev: İƏT-in ardıcıl dəstəyini daim hiss etmişik
XƏBƏR LENTİ
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb
-
Qəbul imtahanının nəticəsi açıqlandı
-
Bank kartlarındakı problemlə bağlı Mərkəzi Bankdan AÇIQLAMA
-
"Eşref Rüya"nın aktyoru Tolqa Tekin yeni serialda (Foto)
-
Sabah Lənkəranda qaz olmayacaq
-
Naxçıvanda çaylardan sel keçir
-
Toyuqları belə şəraitdə kəsib satışa çıxarırmışlar - (Foto)
-
Zibillikdə tərk edilən “Chevrolet Cobalt”ın sahibi müəyyən edildi - Yenilənib
-
Humay Qədimovanın “Hər simdə bir hekayə” adlı solo konserti böyük maraqla qarşılanıb - FOTO
-
Bakıda tikinti şirkətinə qarşı cinayət işi açılıb
-
İlkin İsmayılov işdən çıxarıldı
-
Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib
-
CineMastercard-da macəra dolu türk komediyası “Başıbozuklar”
-
Milli İncəsənət Muzeyində “İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici proqram təşkil olunub.- FOTO
-
Azerbaijan Fashion Week və Dome Middle East Fashion Week Bakıda 20-ci yubiley mövsümünün keçirilməsi üçün birləşir
-
Heydər Əliyev prospektində ağır qəza olub, yaralılar var - (Foto)
-
İraq Prezidenti İlham Əliyevə məktub ünvanlayıb
-
Telefonunu maşına çırpıb pul tələb edirdi, saxlanıldı - (Video)
-
Kart hesablarında yaranan problemlə bağlı açıqlama
-
İran ABŞ-yə və mənə böyük hörmət göstərir
-
Prezident İlham Əliyev Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
-
ABŞ İŞİD liderini məhv etdi
-
“Neftçi”dən yay transferi - Qvadelupalı müdafiəçi ilə 2 illik müqavilə





