Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Hərbi Hava Qüvvələri Başçavuşu Emre Sayın üçün Balıkəsirdə keçirilən dəfn mərasimi zamanı millət vəkili Turhan Çömez ilə AK Partiya millət vəkili Əli Taylan Öztaylan arasında mübahisə yaşanıb.
Milli.Az xəbər verir ki, baş tutan mərasimdə iki deputatın ön cərgədə cənazə namazını kimin qılacağı ilə bağlı qısa mübahisə etdiyi görüntülənib. Gərginlik bir neçə saniyə davam edib və daha sonra Turhan Çömez ikinci sıraya keçərək namazını qılıb.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.
Fidan
Milli.Az





