Almanlar buna görə kredit kartından istifadə etmir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Berlində bir kafeyə girirsiniz. Qəhvəniz gəlir, hesabı istəyirsiniz. Cibinizdən kredit kartını çıxarırsınız... Kassadakı işçi gülümsəyərək məşhur cümləni deyir: "Təəssüf ki, yalnız nağd ödəniş."
Dünyanın ən müasir ölkələrindən biri olan Almaniyada kredit kartından hələ də çəkinirlər. Bəs səbəb nədir?
Milli.Az xəbər verir ki, alman dilində "borc" mənasına gələn Schulden sözü "günah", "suçluluk" mənasındakı Schuld sözündən yaranıb.
Yəni almanca danışan biri üçün borca düşmək sadəcə maliyyə əməliyyatı deyil, həm də mənəvi yükdür.
Kredit kartı isə "olmayan pulun xərclənməsi" kimi qəbul edilir. Buna görə də bir çox alman üçün kredit kartı rahatlıq deyil, borca düşməyin qapısıdır.
Bu düşüncənin arxasında tarixi bir travma da var:
1920-ci illərdə Weimar Respublikasındakı hiperinflasiya - pulun bir gecədə dəyərsizləşdiyi o qorxunc dövr Almanların kollektiv yaddaşında dərin iz buraxıb.
Bu dövrdən qalan dərs isə belədir: "Yığmaq yaxşıdır, borclanmaq zəiflikdir."
Almanların kredit kartından uzaq durmasının başqa bir səbəbi də məxfilik həssaslığıdır. Keçmiş Şərqi Almaniya dövründə Stasi tərəfindən uzun illər izlənən insanlar bu mövzuda çox ehtiyatlıdırlar.
Hətta bu gün belə bir çox alman Google Xəritələrdə öz evinin görüntüsünü bulanıqlaşdırmağı seçir.
Onlar üçün kredit kartı ilə ödəmək "iz buraxmaq" deməkdir - harada, nə vaxt, nə aldığınızı bankın bilməsi deməkdir.
Bu səbəblə nağd ödəniş bir növ azadlıq ifadəsi sayılır:
"Mənim həyatımı heç kim izləyə bilməz."
Almanlar kart istifadə etmir? Edirlər - amma kredit kartı yox, Girocard (EC-Karte).
Bu kartla edilən hər ödəniş dərhal bank hesabından çıxır. Yəni borc deyil, real pul xərclənir.
Bu sistem kiçik bizneslərin də marağına uyğundur: Girocard komissiyası çox aşağıdır.
Almanlar üçün bu gerilik deyil, maliyyə intizamının göstəricisidir.
Almaniyada orta statistik bir vətəndaş cüzdanında hər zaman minimum 100 avro nağd gəzdirir.
Çünki nağd pul nəzarət deməkdir - xərclədiyin pulu gözünlə görürsən. Kredit kartı isə insanların gözündə "görünmədən yox olan pul" təsiri yaradır.
Pandemiya dövründə təmassız ödənişlər artsa da, Almanların nağda olan sevgisi tam yox olmadı.
Gənclər rəqəmsal ödənişlərə açıq olsa da, yaşlı nəsil POS cihazlarına hələ də ehtiyatla yanaşır.
Apple Pay, Google Pay və PayPal populyarlaşsa belə, Almaniyada bir söz hələ də keçərlidir:
"Bargeld ist König" - Nağd kraldır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)
-
“Çalıkuşu”nun kiçik “Fəridə”si illər sonra - (Video)
-
Harri Keyn “Bavariya” ilə yeni müqavilə imzaladı
-
Mustafa Sandalın yeni görünüşü diqqət çəkdi - (Video)
-
Bu ölkədə kişi qıtlığı yarandı - 7600 manat maaş təkif edirlər
-
Ronaldonun klubundan təqdirəlayiq addım - (Foto)
XƏBƏR LENTİ
-
Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalının təqdimatı keçirilib
-
Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək - (Video)
-
Bu uşaqlar da məcburi köçkün statusu ala biləcək - Rəsmi
-
23 tondan çox dondurulmuş hind quşu əti məhv edildi
-
“Barselona” Rafinya ilə yeni müqavilə imzaladı
-
İsmayıl Qartala İrandan rəsmi təklif
-
Ziraat Bank Azərbaycan - maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir!
-
Bakıda yağış yağır - Faktiki hava
-
Bir bankın iflası ölkəni silkələdi - 3 milyon insan zərər çəkdi
-
Məşhur türk aktyorun son halı üzdü: “5 yox, sanki 15 yaş qocalıb” - (Foto)
-
Gömrükdə bəyan edilməmiş tibbi mallar ələ keçirildi
-
Aptekdən 35 min manat oğurlandı
-
Gözlənilən hava şəraiti ilə bağlı hansı hazırlıq tədbirləri görülüb?
-
İran Ermənistana xəbərdarlıq edib
-
“Çalıkuşu”nun kiçik “Fəridə”si illər sonra - (Video)
-
Avropada təyyarələr havada qaldı - Üç sərnişin təyyarəsi təcili endirildi
-
Mikayıl Budaqova yeni vəzifə verildi
-
Zəngilan Aqroparkı yaradılır - Fərman
-
Prezident İlham Əliyev media nümayəndələrini təltif edib
-
Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti təbrik edib
-
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
-
“Atalardan oğullara hərb sənəti” adlı sərgisi açıldı - (Foto)
-
Azərbaycanda yenilənmiş Radiorabitə Reqlamenti təsdiqlənib
-
Harri Keyn “Bavariya” ilə yeni müqavilə imzaladı





