Türkiyə

Türkiyədə zəlzələ oldu - YENİLƏNİB

15 Noyabr 2025 23:13
Baxış: 1 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

15 noyabr 2025-ci il, saat 21:29-da Egey Dənizində, Çanakkalə sahillərinin açıq ərazilərində 4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ yerin 8,33 kilometr dərinliyində baş verib.

Hadisə Çanakkalə ilə yanaşı, Balıkesir, Manisa, İzmir və Tekirdağda da hiss edilib.

Təcili Fövqəladə Hallar İdarəsi (AFAD) tərəfindən verilən məlumatlara görə, zəlzələ nəticəsində ciddi dağıntı və ya xəsarət barədə hələ xəbər yoxdur.

Rəsmi qurumlar sakinlərə sakit olmalarını və təhlükəsizlik qaydalarına əməl etmələrini tövsiyə edir.

--------
09:18

Türkiyənin Balıkesir bölgəsində 4,1 bal gücündə zəlzələ baş verib.

Milli.Az-ın məlumatına əsasən, xəbəri yerli KİV-lər yayıb. Bildirilir ki, yeraltı təkanların ocağı təxminən 7 km dərinlikdə yerləşib. Hazırda dağıntı və insan tələfatı ilə bağlı məlumat qeydə alınmayıb.

Xatırladaq ki, oktyabrın 27-də bu bölgədə 6,1 bal gücündə güclü zəlzələ olmuşdu. Həmin hadisədən sonra Balıkesirdə bir neçə ardıcıl təkanın müşahidə edildiyi bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.