Hadisə

ANAMA mart ayı üzrə hesabatını açıqladı

1 Aprel 2026 13:07
Baxış: 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə mart ayı üzrə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Milli.Az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 236 piyada əleyhinə mina, 267 tank əleyhinə mina, 4922 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 5336.5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.