Ölkə

Nadir buynuzu Bakıya gətirmək istədi - saxlanıldı

15 Noyabr 2025 00:38
Baxış: 277
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tolmaçevo hava limanının gömrükçüləri Novosibirskdən Bakıya uçan sərnişinin baqajında 2,6 kq-dan çox çəkiyə malik maral buynuzu aşkar ediblər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxs təsadüfi gömrük yoxlaması üçün "yaşıl" dəhlizdə saxlanılıb.

Sonradan aparılan ekspertiza təsdiq edib ki, bunlar nəsli kəsilməkdə olan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiyaya (CITES-ə) daxil olan qırmızı maralın buynuzlarıdır.

Sərnişin izah edib ki, buynuzları Altay dağlarında istirahət edərkən hədiyyə alıb. O, baytarlıq sertifikatının və icazələrin olması, eləcə də belə malların məcburi bəyan edilməsindən xəbərsiz olduğunu bildirib.

Məsələ ilə bağlı Rusiyanın İnzibati Xətalar Məcəlləsinin 16.3 (qadağa və məhdudiyyətlərə əməl etməmə) 16.2.1-ci maddələri ilə (malların bəyan edilməməsi) ilə iş açılıb.

Qanunu pozan şəxsi cərimə və malların müsadirəsi gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.