Ölkə

Bu yolayrıcında sürücülər üçün təhlükə var - VİDEO

1 Aprel 2025 00:23
Baxış: 711
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı-Sumqayıt yolunda sıxlıq yaranan zaman sürücülər alternativ yol kimi Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi ilə hərəkət etməyə üstünlük verirlər. Amma həmin küçədəki yolayrıcında nizamlanma nişanlarının olmaması təhlükə yaradır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sakinlər deyirlər ki, avtomobillərin bu yolda sürətlə hərəkət etməsi qəsəbədən çıxan maşınlarla toqquşma riski yaradır. Odur ki, ərazidə tez-tez qəzalar baş verir.

Hər gün burada sürücülərin bir-birinə yol verməməsi, qəfil manevrlər etməsi adi hala çevrilib.

Sürücülər hesab edirlər ki, burada işıqforun quraşdırılması, yol nişanlarının əlavə edilməsi və sürət həddinin məhdudlaşdırılması qəzaların qarşısını ala bilər.

Sürücülər onu da qeyd edirlər ki, son dövrlər bu kəsişmədə bir neçə yol-nəqliyyat hadisəsi baş verib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Xəzər Xəbər"ə bildirildi ki, 2025-2030-cu illər ərzində Dövlət proqramında Bakı-Sumqayıt yolunda hərəkətin təşkili ilə bağlı təkliflər hazırlanması və icrası nəzərdə tutulub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirildi ki, ərazidə təhlillər aparılacaq. Təhlillərin nəticəsinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək. 

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.