Türkiyə

“Türkiyə onları məğlub edən yeganə ölkədir”

18 Dekabr 2024 08:51
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

"Türkiyə İŞİD və PKK-nı məğlub edən yeganə ölkə və NATO müttəfiqidir. Biz bu təşkilatların dirçəlməsinə qətiyyən imkan verməyəcəyik ", - Türkiyə lideri bildirib.

Suriyadakı hadisələrdən danışan Ərdoğan deyib: "Suriya qonşularının, dost və qardaş ölkələrin, Aİ və beynəlxalq təşkilatların güclü dəstəyi ilə sürətlə ayağa qalxmalıdır. Beynəlxalq ictimaiyyət Suriya xalqına 13 il ərzində lazımi dəstəyi göstərməyib. İndi bunu kompensasiya etmək mümkündür".

Ərdoğan Dəməşqdəki Türkiyə səfirliyinin bərpası məsələsinə də toxunub: "Biz artıq 12,5 il sonra səfirliyimizi bərpa etmişik. Türkiyə bundan sonra da Suriyanın yanında olmağa davam edəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.