Türkiyə

Türkiyədə toyda 100 nəfər qidadan zəhərləndi

17 Noyabr 2025 15:23
Baxış: 303
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Trabzon şəhərində toy mərasimi zamanı kütləvi qida zəhərlənməsi baş verib. 

Milli.Az xəbər verir ki, mərasimdə iştirak edən təxminən 100 nəfər ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət edib.

Hadisə şəhərin Ortahisar rayonunda qeydə alınıb. Toy bitdikdən sonra qonaqlar arasında yaranan narahatlığa görə onlar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Həkimlərin verdiyi məlumata görə, zəhərlənmə şübhəsi ilə müraciət edənlərin vəziyyəti qənaətbəxşdir və onlar müşahidə altındadırlar.

Hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl də İstanbulda türkiyəli alman turistlər arasında baş verən zəhərlənmə hadisəsində üç nəfər həyatını itirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.