Türkiyə

İstabulda FETÖ-yə qarşı əməliyyatlar: 15 nəfər saxlanıldı

23 Oktyabr 2024 12:27
Baxış: 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda 3 vilayətdə FETÖ silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Polis İdarəsi Terrorla Mübarizə qrupları FETÖ/PDY silahlı terror təşkilatı tərkibində fəaliyyət göstərən şəxslərin müəyyən edilərək tutulması üçün işlərə başlayıb.

Başladılan əməliyyat nəticəsində dünyasını dəyişən təşkilat lideri Fətullah Gülənin ünvanına sosial şəbəkədə tərifli paylaşımlar edən 15 nəfər saxlanılıb.

Təşkilata məxsus evlərdə qalan 13 nəfərin şəxsiyyəti müəyyən edilib. Saxlanılanlar arasında "Yeni Asya" qəzetinin baş redaktoru Kazım Güleçyüzün də olduğu öyrənilib.

Nərmin Mahmudova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.