Türkiyə

Türkiyədə 18 ölkə və Azərbaycanın İnterpolla axtarışa verdiyi 25 şübhəli saxlanıldı

31 Avqust 2024 13:56
Baxış: 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin səkkiz bölgəsində təşkil edilən "Kuyu-21" əməliyyatlarında İnterpolun qırmızı bülleteni ilə 18 ölkə tərəfindən axtarışda olan 25 şübhəli ələ keçib.

Milli.Az bildirir ki, Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya "X" hesabında məlumat verib.

Məlumata görə, əməliyyat çərçivəsində Almaniya, Avstraliya, Azərbaycan, Mərakeş, Niderland, İraq, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Koreya Respublikası, Monqolustan, Moldova, Özbəkistan, Rusiya, Suriya, Türkmənistan və İordaniya daxil olmaqla, 18 ölkədən İnterpol tərəfindən axtarışda olan 25 nəfər saxlanılıb.

Nazirin sözlərinə görə, saxlanılanlar "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ya ona üzv olmaq", "Narkotik ticarəti", "Qəsdən adamöldürmə", "Bir şəxsi azadlığından məhrumetmə", "Cinsi cinayətlər", "Rəsmi sənədlərin saxtalaşdırılması", "Fırıldaqçılıq", "Çirkli pulların yuyulması", "İnsan alveri və mühacir qaçaqmalçılığı" cinayətləri ilə axtarışda olublar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.