Türkiyə

Anası hicablı olduğuna görə təhqir etdilər - FOTO

26 Avqust 2024 10:11
Baxış: 1 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Olimpiya Oyunlarında mükafat qazanan türkiyəli atıcı Yusuf Dikeç paylaşımına görə təhqirlərə məruz qalıb.

Maskdan Yusuf Dikeçin anası ilə bağlı paylaşıma reaksiya - FOTO

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, atıcı "X" hesabında anası ilə olan şəklini paylaşıb və bu sözləri yazıb: "My most precious" (Mənim ən dəyərlim).

Sosial şəbəkə istifadəçiləri isə sözügedən fotonu rüsvayçılıq hesab etdiklərini bildirərək "Hər kəsə rüsvay olduq. Bizi ərəb biləcəklər" tipli şərhlər yazıblar. Onlar bunu idmançının anasının hicabda olması ilə əlaqələndiriblər.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Türkiyəyə atıcılıq yarışlarında gümüş medal qazandıran 51 yaşlı Yusuf Dikeç əli cibində atış etməklə dünyanın gündəminə düşmüşdü.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.