Türkiyə

Türkiyə MOSSAD-ın 8 agentini ələ keçirdi

5 Aprel 2024 18:46
Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Daxili İşlər Nazirliyi İstanbulda İsrailin xeyrinə casusluq etməkdə, bir sıra şəxslər və şirkətlər haqqındakı gizli məlumat və sənədləri xarici kəşfiyyata ötürməkdə şübhəli bilinən 8 nəfəri saxlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X sosial şəbəkəsində məlumat verib.

Məlumata əsasən, həmin şəxslərdən 2-si hələ də saxlanılır, digər 6 nəfər isə məhkəmə nəzarəti altında müvəqqəti azadlığa buraxılıb.

Həmçinin bildirilib ki, saxlananlar arasında Əhməd Ersin Tumlucalı adlı özəl detektiv və həyat yoldaşı 2011-2020-ci illər arasında MOSSAD ilə əlaqədə olub, bu müddət ərzində Almaniya və Avstriyada İsrail Xarici Kəşfiyyat Təşkilatının iki üzvü ilə görüşlər keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.