Türkiyə

Türkiyədə “sükut günü”dür

30 Mart 2024 13:15
Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkiləri ilə ələqədar ölkədə "sükut günü" elan olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "sükut günü" seçki nəticələri açıqlananadək davam edəcək.

Bu müddət ərzində televiziya, radio və digər media vasitəsi ilə siyasi reklamlar, seçki və seçkilərin nəticələri barədə xəbərlər, proqnoz və şərhlər vermək qadağandır.

Qeyd edək ki, seçkilərdə 34 siyasi partiya iştirak edəcək. Ümumilikdə 64 milyon 441 mindən çox şəxs səsvermə hüququna malikdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.