Türkiyə

Türkiyə 3 varianta baxır: İran, Azərbaycan və Xəzər…

9 Mart 2024 09:55
Baxış: 790
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Türkmənistandan təbii qazın nəqlinin təşkili üçün müxtəlif variantları nəzərdən keçirir: İran ərazisindən, Azərbaycandan tranzitlə, o cümlədən Xəzərin dibi ilə boru kəməri ilə vasitəsilə.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraqdar "Foreks"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ankara ən qısa zamanda 2 milyard kubmetr türkmən qazının idxalını təşkil etməyə hazırdır:

"Türkmən qazının gəlişi üçün ilk alternativ İran vasitəsilə mübadilədir. İkinci variant İran və Azərbaycan vasitəsilə svop, sonuncusu isə Xəzər dənizindən qazın boru kəməri ilə çatdırılmasıdır".

Türkiyənin enerji idarəsinin rəhbəri qeyd edib ki, Xəzər dənizindən keçən boru kəməri marşrutu Türkmənistan qazının tədarükü üçün daha uzunmüddətli və dayanıqlı həll yoludur. Eyni zamanda, yanacaq idxalı üçün şərait yetişib və Ankara praktiki icra mərhələsindədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.