Şou-biznes

Məşhur meyxanaçı sevgilisini bıçaqlayıb? - açıqlama - VİDEO

18 Noyabr 2025 19:39
Baxış: 535
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hazırda Rusiyada yaşayan tanınmış meyxanaçı Vahid Qədim sevgilisini bıçaqlaması ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Moskvada həmkarı Mehman Əhmədli ilə bir araya gəlib.

Mehman Əhmədli həmin görüntüləri sosial şəbəkə hesabında paylaşaraq bildirib ki, yayılan xəbərlər doğru deyil və meyxanaçı azadlıqdadır:

"Adına min dənə söz çıxarıblar. İstədim bu videonu paylaşım görsünlər ki, başqa söhbətlər yoxdur. Vahid Qədim ayaq üstədir. Heç bir problem yoxdur. Yalan söhbətlər gəzir".

Meyxanaçı barəsində yayılan xəbərlərə belə münasibət bildirib:

"Baltaya, bıçağa tövbə!"

Qeyd edək ki, son günlər Vahid Qədimin Moskvada sevgilisinə bıçaqla xəsarət yetirdiyi və bunun üçün saxlanıldığı haqda xəbərlər yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.