“Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında səhnələşdirilən "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak edib, tamaşanı izləyiblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Gülçöhrə və Əsgər" ikihissəli musiqili dramı dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin davamıdır.
Yeni səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir Quliyev jurnalistlərə açıqlamasında tamaşaya fərqli yanaşma olunduğunu diqqətə çatdırıb. "Bu əsər "Arşın mal alan"dan fərqli olaraq xoşbəxt sonluqla bitmir. Süjet gözlənilməzdir və tamaşaçını daim diqqətdə saxlayır. Bu səbəbdən həm maraqlı, həm də dəyərli təcrübə oldu", - deyə bəstəkar əlavə edib.
Həm "Arşın mal alan", həm də "Gülçöhrə və Əsgər" tamaşalarında Əsgər obrazının ifaçısı, Prezident mükafatçısı Səmədzadə Xasiyev vurğulayıb ki, rolların ikisi də xarakterikdir. Yaradıcı heyətin tamaşa üzərində uzun müddət çalışdığını bildirən aktyor deyib: "Əsgərin musiqili komediyadakı şən və romantik tərəfi və yeni əsərdəki dramatik taleyi aktyor kimi mənə geniş ifadə imkanları yaradır. Bu rol üzərində işləmək həm məsuliyyətli, həm də yaradıcı baxımdan dəyərlidir. Əsgər və Gülçöhrə tarixin qaranlıq və sərt dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün mənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər, Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam sevgi hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və sarsılmaz ruhunu əks etdirən bədii salnamədir".
İkihissəli musiqili dramda Telli obrazını canlandıran Elnarə Nağdəliyeva qeyd edib ki, o, mərhəmətli və şən qadındır. "Obrazın daxili gücünü və yumşaq xarakterini tamaşaçıya çatdırmağa çalışdım. Telli obrazı ağasına və xanımına sadiqliyi ilə seçilir. Bütün gərginliyə, təhlükələrə və çətinliklərə baxmayaraq, o, xanımını və bəyini tək qoymur, onlarla birlikdə İrana, İstanbula, sonra isə Fransaya qədər uzanan çətin yola çıxır", - deyə aktrisa əlavə edib.
"Gülçöhrə və Əsgər"in tamaşaçısı, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə səhnə əsərindən təsirləndiyini deyib: "Tamaşa Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən siyasi və ictimai hadisələri, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi zərbələrin acı nəticələrini incə ustalıqla əks etdirib. Gülçöhrə və Əsgərin mürəkkəb taleyi tamaşada yüksək sənətkarlıqla təqdim olunur və izləyicidə güclü emosional təəssürat yaradır".
Tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərov, dirijoru Fəxrəddin Atayev, baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif Məstanovdur.
Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İlqar Salamov, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva, Atilla Məmmədov, aktyorlar Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov, Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Nicat Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
VI Buktreyler Beynəlxalq Film Festivalının Mükafatlandırma Mərasimi keçirildi Kitabı tanıdın, kitabla tanının! - (Foto)
-
MEMİM-in “Mədəniyyət rüzgarı” Quba-Xaçmaz bölgəsində əsəcək - (Foto)
-
“YAY ARZULARI” adlı yaradıcılıq sərgisi açılacaq
-
Hikmət Rəhimov “44” filminin çəkilişlərindən danışıb: Qarlı küçədə hava beton tikilinin içindən daha isti idi - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
XƏBƏR LENTİ
-
Bakıda yeni metro stansiyası nə vaxt açılacaq? - Tarix açıqlandı
-
5 bürc üçün yeni mərhələ başlayır: Həyatlarında nələr dəyişəcək?
-
Hafiz İsmayılbəylinin vəzifəsi 7 illik artırıldı - Dosye
-
Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”
-
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənənlər üçün dəyərli əsər
-
“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir
-
Reza Deqati Parisdə yaralandı
-
Vahid Mirzəyev yüksək vəzifəyə təyin edildi
-
Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
-
Yaxın günlərdə "İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunacaq
-
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - (Foto-Video)
-
Milyonlarla insana şad xəbər - Pensiya və müavinətlər...
-
Köçəryanın oğlunun həbs müddəti uzadıldı
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
7 ölkə İstanbulda bir araya gəlir
-
Tibetdə güclü zəlzələ: 16 nəfər öldü - (Video)
-
Azərbaycanda 67 şəhər və rayonla bağlı yenilik
-
Məktəblərdə gözlənilən qadağa - Mühüm dəyişiklik
-
Yolu keçərkən bu səhvi etməyin - DYP-dən xəbərdarlıq
-
Süni intellekt ailə həyatını necə dəyişir? - Ülviyyə Mehralıyevadan açıqlama
-
Məşhur yapon yazıçısı vəfat etdi
-
Quba İdman Kompleksində yarım milyonluq mənimsəmə - Direktor həbs edildi
-
Şəhriyar Əbilov oğlu ilə görüntüsünü yaydı (Video)
-
Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi





